Gəlişin bir yuxu idi, gedişinsə üsyan...

Şərhlər: 4
Baxılıb: 1 878
Səs ver:
(səs: 2)
Gəlişin elə böyük təsəlli idi ki, gecələr boyu xəyalini qurduğum xəyallarımdan belə daha gözəl idi. Uzaqdan gözlərini gördüm əvvəl, o dodaqlarındakı qəlbimi rahatlaşdıran gülüşün nə gözəl idi...

Çox yaxşı xatırlayıram yay fəsli idi, ürəkli şəhərim sən gələcəksən deyə günəş açmışdı. titrəyən budaqları yaşıllaşmışdı ağaclarımın, kəpənəklər belə sevincimə şərik olmuşdu. Halbuki səndən əvvəl hüzn yağardı xəyallarıma.

Heyran baxışlar tanış oldu əvvəl, ardından utancaq davranışlar. Əvvəl səni seyrə dayandım uzun uzun, içimə axıdırdım doyumsuz gözəlliyini. Sənin isə yanaqların qızarırdı, qarşındakı heyran gözlərin ardında. Hara gedəcəyimizi bilmədən gəzməyə başladıq ehtiras sahilində. Xoşbəxtlik küləkləri sürüyürdü bizi, yəqin ki səndə xoşbəxt idin. Həm duyğularımız, həm gözlərəmiz həm də dodaqlarımız danışırdı.

Bəzən oturduq, bəzən getdik, zaman sürətlə irəliləyirdi.

Zamanın dayanmasını arzulayırdıq çünki çox xoşbəxt idik . Amma səhər başlayan günəş batmaq üzrə idi , axşam olurdu və sən getməli idin. Ayrılığın hüznü əks olunmuşdu gözlərimizə o gün bir xəyal kimi idi, zümzümə edərək mənə yenə gələcəyini söyləmişdin. Sən itənə qədər ardından baxdım, səni məndən ayıran küçələrdən gözlərimi çəkə bilmirdim .

Gəlişin bir yuxu idi, gedişinsə üsyan....
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri