Öyrənəcəksən məni sevməyi...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 309
Səs ver:
(səs: 1)

alt


Öyrənəcəksən məni sevməyi...

Öyrənəcəksən məni sevməyi”.. eşitmək belə istəmirdim bu kəlməni, onu sevmək .. mənim istəyim bu deyildi ki zorla kim kimi sevə bilər axı ..Ama inadla eyni sözü deyirdi.
”Öyrənəcəksən məni sevməyi”.. O qədər çox eşittim ki, bu sözləri artıq öyrəşmişdim ama israrla sevmirdim, sevmirdim....Gözlədiyim, darıxdığım, arzuladığım o deyildi..Bir başqası da yox idi , ama o da olmamalı idi , deyirdi qəlbim. Birini sevmək üçün səbəb axtarmamalıydım , səbəbsiz, şərtsiz sevməli idim. Yəni öyrənərək deyil!
Üzüləcəksən ! dedi bir gün, dedi və getdi.

Mən sevməyəcəyimi, gedənin ardından üzülməyəcəyimi söz vermişdim özümə, əksinə sevinməliydim. Azadlıq olmalı idi mənim üçün.Ama olmadı...Bilirik axı, hər zaman hər şey istədiyimiz kimi olmaz, bax belə yaşamaqda idim mən..Gecələr daha qaranlıq, daha uzun, həyatım daha boş, daha darıxdırıcı, daha maraqsız, telefonum daha səssizdir artıq. Başqa vaxt çölə çıxmağa can atan mən, nəinki çölə çıxmaq pəncərədən belə baxmırdım.

Oturdum. Düşündüm. Tək bir sual vardı beynimdə. Niyə??Niyə belə idim mən,mən deyilmiydim getməsini istəyən, mən deyilmiydim məni unutması üçün Allah dua edən, onu sevməyən, sevmək istəməyən mən deyilmiydim?

Bəli , mən idim , ama bu vəziyyətdə olan da mən idim. Günlər keçib getdi, uzərindən çoox vaxt ötdü. Mən onu sevməyi öyrənmədim, öyrənə bilmədim, çünki sevirdim,dəli kimi sevirdim onu. Bu həyatda belə sevəcəyimi heç vaxt düşünmədiyim qədər çox sevirdim .Ama artıq nə o var idi nə onun sözləri, nə onun baxışları... Mən dəyərini bilmədim...

O “Üzüləcəksən” dedi və mən çox üzüldüm və indi Sənə heç bir zaman demədiyim bir sözü , belkədə deməyə cürət etmədiyim bir kəlməni deyirəm : MƏN SƏNİ SEVİRƏM!!!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri