Halbuki həyatımın ən dəyərli teatrı məhz sən idin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 1 957
Səs ver:
(səs: 2)
Mən sadəcə çox ciddi qəbul etmişdim, uşaqkən atamın mənə birini üzdüyümde söylədiyi o sözü: Özünü qarşındakının yerinə qoy. Və ilk başlarda bunu o qədər çox etmişdim ki, bir gün dönüş yolunu yəni özümü tapa bilmədim.
Hakan Günday

İnsan hər şeyi tərsinə edir. Tez böyüməyə tələsir, sonra uşaqlığının həsrətini çəkir. Pul üçün sağlamlığını verir, sonra sağlamlıq üçün pul xərcləyir. Gələcəyi səbirsizliklə gözləyir, indiyə məhəl qoymur və buna görə də nə indiyə, nə də gələcəyə sahib olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək, elə ölür ki, sanki heç yaşamayıb.
Paulo Koelyo

Necə fikirləşirsiniz boss, əgər insan etdiyi günahlardan ürəkdən peşman olursa, ola bilərmi ona nə vaxtsa həqiqətən xoşbəxt olduğu vaxtlara dönmək şansı verilsin? Bəlkə cənnət elə budur?
"The Green Mile" filmindən

Bir qadının həyatına, ən azından bir əclaf girmədikcə o yetkin qadın sayıla bilməz...
"Mr. Brooks" filmindən

Bəzi insanlar dünyaya göz açıblar ki, tənha yaşasınlar. Bu nə pisdir, nə də yaxşı, bu həyatdır.
Paulo Koelyo

Belədirdə insanlar, beyinlərinə gələni çərənliyirlər, sözlərini çölə tullayır və bircə dəqiqə susub, nəticələr barədə düşünmək üçün özlərinə əziyyət vermirlər
Joze Saramaqo - Təxirə salınmış ölüm

"Oxuyun" deyir, oxuyun, çünki mürəkkəbin axmadığı yerdə qan axır.
Əli Şəriəti

"Bir şəhərlə tanışlığın ən gözəl yolu orda yaşayanların necə işlədiyini, necə sevdiyini və necə öldüklərini bilməkdir. Şəhərimizdə hər bir iş tələsik və diqqətsiz şəkildə görülür. Bu, o deməkdir ki, burada adamlar tez-tez darıxırlar və vərdişlərə aludə olmağa çalışırlar”.
Albert Camus - Taun

Bütün həyatı boyu bacısı ilə yanaşı durub güzgüyə baxmaqdan boyun qaçırmışdı. Öz simasını Məsuməninki ilə yanaşı görmək onun bütün ümidlərini öldürürdü. Çünki beləcə, Yaradanın ondan nəyi əsirgədiyini çox aydın görə bilirdi. Camaat arasında isə hər yolda ötənin gözü güzgü idi. Bundan qaçmaq mümkün deyildi.
Xalid Hüseyni - Və dağlardan səda gəldi

…halbuki həyatımın ən dəyərli teatrı məhz sən idin…
Mark Levi - Bir-birimizə demədiyimiz sözlər

Hətta ən bədbəxt həyatın belə günəşli günləri, daşlı-qumlu yerlərdə bitən boynubükük səadət çiçəkləri olur.
Herman Hesse - Yalquzaq

Səndən ümidi kese bilmərəm, ürəyində mərhəmət adlı bir çinar var.
Sezai Karakoç
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri