Düşüncə...

Şərhlər: 6
Baxılıb: 1 793
Səs ver:
(səs: 4)
..gözəl və qürurlu qadınların gedişini sevirəm...məğrur,geriyə baxmadan,kabluklarını yerə çırparaq gedir və qapını bərkdən çırpırlar..ola bilsin ki,qapının o biri tərəfində göz yaşlarına boğulurlar...amma gedişləri möhtəşəm olur..

..xoşlanmağı eşq zənn edən milyonlarla axmaq var.

..bəzən nə qədər incidər "sən haqlı idin" cümləsi..geriyə qalan peşmanlıq hissi..və hər şey üçün çox gec qaldığının fərqinə varmaq.. sən haqlı idin..hə,nə olsun? ! mənim bu gün haqlı olmağım nəyi dəyişdirir axı?əgər heçnə istədiyim kimi deyilsə..əgər yaşamaq istədiyim həyatdan qopub yaşamağa məcbur olduğum həyata düşmüşəmsə, əgər indi həyatımda sən yoxsansa keçmişdə nə vaxtsa dediyim sözlərin bu gün düz çıxmasının nə mənası var? haqlı imişəm..işə bax..

..burdan bütün arzularıma salam göndərirəm..onlara deyin ki,əgər düşünürlərsə ki, mən təslim olacam, çox yanılırlar..

..depressiyada deyiləm əslində..yəni tam olaraq necə hiss etdiyimi bilmirəm..bədbəxt biri olduğumu desəm naşükürlük olar..hər şeyə sahibəm,şükürlər olsun..ailə,isti ev..bu günki qar,məsələn gün ərzində zarafat edib gülə bilirəm..bəzən bəs etmir bunlar amma.. bəzi gecələr çox pis hiss edirəm..bu qədər böyük dünyada tək olduğuman,heç kimin məni sevmədiyindən o qədər əmin oluram ki..səbəbsiz yerə pis hiss edirəm..heç tanımadığım biri üçün darıxırmışam kimi..bəzən səbəbsiz yerə axır göz yaşlarım..bəzən günlərlə heç kəslə danışmaq istəmirəm,səbəbsiz yerə sərt davranıram sevdiklərimə..necə hiss etdiyimi belə unuduram çox vaxt..çoxumuzda belə olur yəqin..dərdimiz nədi bizim?

.."səni tanımadan əvvəl səndən xoşum gəlmirdi..qıraqdan baxanda çox soyuq və özündən razı görsənirsən" cümləsi = həyatımın ayrılmaz parçası..

..mən bir qızam..mənə həmişə "çox gözəlsən" deyilməsini sevirəm,amma buna heç vaxt inanmıram..mən həmişə haqlı olmuram,amma səhv olduğumu heç vaxt boynuma almıram..çox vaxt gülümsəyirəm..amma heç kim bilmir ki,mən həmin anlarda həddən artıq əsəbi oluram..ya da kimdənsə incimişəm..mən çox şey danışıram,amma içimdə danışdığımın on qatı sirlərim var..sevdiyim rəfiqəmi başqa bir qızla danışan görsəm həddən artıq çox əsəbləşirəm amma bunu bildirmirəm..çünki heç vaxt boynuma almıram ki,mən qısqanc biriyəm..
Düşüncə...

..kitab oxumaq gözün açıq şəkildə yuxu görmək kimidi

..o mənə məni sevdiyini deyəndə gözlərimdən axan yaşın səbəbi nə bu sözləri illərdir gözləməyim idi, nə də onu çox sevməyim..səbəb sadəcə içimdə ona qarşı yaranan əsəb idi..bu əsəb bəlkə də artıq ona heç nə hiss etmədiyim üçün özümə qarşı yaranmışdı..amma yox. .mən ki ,çox gözləmişdim..bu əsəbin səbəbi o idi.. hisslərimi bildiyi halda mənə bu qədər laqeyd yanaşması..o,məni bilərək incitmişdi..”sevgini sənayırdım” deyirdi mənə..nə ixtiyarı var idi axı buna ? .mənim əsəbim heç buna görə də deyildi..ən pis anımda əlini çiynimə qoyub "hər şey düzələcək” deyən o olmadı..təsəllimi başqaları verdi..mənim əsəbim, bax, buna idi..hisslər bitir bir gün. .tükənir..ən güclü hisslər belə alçaldığı zaman özünə hörmət edib geri çəkilir..çox gec idi..həddən artıq çox gecikmişdi..
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 1 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri