Dünyam

Şərhlər: 4
Baxılıb: 2 808
Səs ver:
(səs: 4)
Yollar, insanlar…Bir birindən tam fərqlənən həyatlar…
Mənim ,ucu bucağı bilinməyən bu dünyada özüm ücün yaratdığım dünyam…Bu dünya ancaq mənə aiddi.heç kəs yoxdu.ancaq özüm,fikirlərim,həyata verdiyim suallar, özüm özümnən aldığım cavablar…Tam fərqli bir dünya. O dünyada öz fikirlərim hökm sürür.Ancaq mən…O dünya ən çox istədiyim,illərdir axtardığım sakitliklə doludur…

Düşüncələrim…Bu düşüncələr hər kəsinkindən fərqlidi…Bəlkədə kim üçünsə adi,mənasızdı…Ama məni ayaqda saxlayıb yaşamağa məcbur edən o düşüncələrimdi…Bəlkədə indi yazdıqlarım kim üçünsə gülməlidi kim üçünsə düşündürücü,kim ücünsədə heç maraqlı deyil.Ama bunlar mənə aiddir.Bu düşüncələr mənlə doludu…
Ən çox istədiyim saatlarnan boş yolda yerimək.Səbəbindən aslı olmadan sadəcə yerimək..Hara ,niyə ,bilmədən.Sadəcə getmək.Baş alıb bu dünyadan getmək
Düşüncələrim özümü belə düşündürür.Niyə bu boş fikirlərdən canımı qurtara
bilmirəm?Bu qədər düşüncəli görəsən bircə mənəm bu dünyada?Bəlkə hə,bəlkə yox.güvənə bilmirəm.
Özüm özümə sual verirəm ki niyə qurduğun bu boyda dünyada təksən?!Axı ətrafındakı dostların hər kəsinkindən çoxdu…Cavabım sadəcə suallar???O suallarə mənə kim verir axı???Sualın cavabından yenə özüm çıxıram…

Dünyam…Boş boş xəyallar qurduğum dünyam…Əslində boş deyil.O xəyalların arxasında çatmadıgım arzularım gizlənib.Ama onları heç cür üzə çıxara bilmirəm.Bəlkədə qorxuram.Bəlkədə o qədər də güclü deyiləm…
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri