Artıq "getmə" deməyəcəyəm.....çünki hazırsan çoxdan getməyə....

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 751
Səs ver:
(səs: 0)
alt

Artıq "getmə" deməyəcəyəm.....çünki hazırsan çoxdan getməyə....Apar sevgimizi,ümidlərimizi,birgə anlarımızı......Heç nə demək istəmirəm.....amma deməliyəm...Sənə sevgimdən deməliyəm........Çoxdan tanıdığın sevgimdən........Səni hər vəziyyətdə içimdə hiss edə bilirəm. . Sən nə qədər anlaya bilərsən . Amma mənim kimi hər şeydən və hər kəsdən uzaq bir həyatın olmasaydı bunun nə demək olduğunu anlar idin.

Rənglərin hamısını sevdim, mövsümləri də....Əslində çox şey var sevdiyim.........Amma niyəsə sevmirəm vida anlarını.......Uzaqlara baxıdım.......Dənizlərə baxdım..Səmalara baxdım.......Ulduzlara baxdım.....sən zənn etdiyim ulduza.......Ancaq indi gedirsən.......Yorğun bədənimi ulduzlar daşıyacaqlar....Bil ki,içimdəki mələk də dua edir sən getmə deyə.......... Parkdakı uşaqlara baxıb səni yaşayacağam. Söküb atmam gərək içimdən səni. Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm. Və belə ki heç sızlamamalı içim səni gördüyümdə. Sən utanmalı, sən başını əyməlisən. Etdiklərindən utanmalı, iliklərinə qədər üşüməlisən …

Get.....amma bunu yaxşı bil....sevəcəm səni sevəməsən də sən.......Susacam.....sən dolmuş gözlərinlə danışsan belə.......Hər gecə olacam səninlə olduğum...yerdə,duyğularda,arzularda,ümidlərdə.......At məni sənsizli sənli dünyaya...Qanayan yarayam sənin üçün bilirəm......Yerlərdə sürünüb yox olsam da.....dünyada olduğumu unutsansa da mən yenə buraxdığın yerdə olacağam.....Səni əsla unutmayacağam......haqqımda pis bir şeylər eşitsən də nə olar qulaq asma yalandır mütləq. Sənin kədərlənməyin üçün deyilmişdir.

Son bir sevgi son bir xoşbəxtlik tutdum səninlə, bəlkə də çox qısa idi sənin üçün. Haradan biləsən mənim üçün bir ömürə əvəz olduğunu. Mən gözlərimdə yaşadım bu eşqi və yenə gözlərimdə buraxdım ümidlərimi. Bunları bir gün xatırlarsanmı? Düşünərkən ağlayacaqsanmı?. Amma məni anlaya bilməyin üçün çox zaman keçməsi lazımdır.......... bəlkə əsrlər....... Budur mən buyam, kimsənin istəmədiyi, kimsənin anlamadığı. Anlamaq istəmədiyi... Yuxularımın ən şirini sənin üçün olsun canımın içi…həmişə son günkü halınla xatırlayacağam səni
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri