Mənə biraz zaman ver

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 213
Səs ver:
(səs: 0)
Mənə bir az zaman ver.Unutmağa bir məqam, tərk etməyə bir an ver.Yaşanmış tanışlığı yaşanmamış sanım mən.Gözlərində parlayan kiçik bir sevgi payın heç olmamış sayım mən.Mənə bir az zaman ver.İnandırım özümü yalan olan ömrümə, inandırım özümü, qəlbimi yalanların içində yalan olan sevginə.Mənə bir az zaman ver.Heç üz-üzə gəlməyək.İstədik-istəmədik görüşməyək.Mənə bir az zaman ver.Qəlbimdə sevincimin dolub-daşan anında, istəmədiyim anda axan göz yaşlarımı ovcumun arasında gizlətməyə imkan ver.Mənə bir az zaman ver.Dost-tanışlar içində adın heç çəkilməsin, xoşa gəlməz baxışlar üzümə dikilməsin.Mənə bir az zaman ver.Taleyin qismətidir, yoxsa Tanrı qarğışı, içimdəki sevgini üz-üzə gəldiyimiz an gözümdəki həsrəti boş mənasız sayım men.Sən mənə adi insan, mənsə sənə yad olum.Mənə bir az zaman ver.Yanımdan otdüyün an ürəyim çırpınmasın.Gedişin də gözlərim gizli dolmuş bulud tək arxanca heç baxmasın.Mənə bir az zaman ver.Başqasının qəlbinə ömürlük yar olum mən.Onun üçün xoşbəxtlik sənin üçünsə hər zaman gizli bir xəyal olum.Mənə bir az zaman ver.İnandırım özümü yalan olan sevginə, inandırım özümü qəlbindən gizlin düşən bu günahsız sevginə.Mənə bir az zaman ver.Başqasının əlindən tutum qarşına çıxım.Mənə bir az zaman ver.Ünvanıma Təbriklər yağış kimi ələnsin.Səbəbini bilmədən öz içində boğduğun sürgün yaralı sevgim qızıgül tikanı tək yollarına sərilsin.Mənə bir az zaman ver.Pəncərədən boylanıb yollarına baxmayım.Gedişində ürəyimdən bir ürək, canımdan bir canın ayrıldığını sanmayım.Mənə bir az zaman ver.Səni ömrüm, həyatım sevgimin tək parçası, ömürlük məhəbbətim, ürəyimin göz yaşı, ruhumun sızıltısı, yaşanmamış bir sevgi ünvanımı anmayım.Səni xatırlamayım.Mənə bir az zaman ver.Ömür yolları qısa, zamanın yolu uzun.Çalışaram bu zaman sənin günah sandığın yaşanmayan sevginin ünvanını unudum.Amma, bir az zaman ver.Mənə bir az zaman ver...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri