Bilirsən?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 381
Səs ver:
(səs: 1)
Günlər çox solğun keçirdi .Çoxdandır gözlərini qaçırdırsan məndən . Artıq təkrarlanan bu hərəkətin qərarsızlığa yoluxdurur məni . Susmaqdan başqa heç nə edə bilmirəm . Tərslikdən köhnə dostların da yadına düşmürəm . Başımı bir işə qatıb uzaqlaşdırmaq istəyirəm gözlərimdən yorğunluğu . Güzgüdəki əksimə baxmağa cəsarət etmədiyimdən üzümün təraşı belə gecikirdi . Boş-boşuna ötən saatlar içində təkliyim səbəb oldu həmin gün yuxusuzluğa . Bəlkə də sayına məhdudiyyət qoymadığım qəhvə fincanları əvəz olaraq hədiyyə etdi ən uzun gecəni mənə .

Düşünməyə o qədər çox vaxt ayırıram ki , hərdən ağlıma olmayacaq şeylər gəlir . Heç istəmirəm də düşündüklərim başıma gəlsin . Hərəkətlərimin doğruluğundan şübhələnirəm . Bilmirəm düzmü etdim səni bu gizli hisslərimə agah etməklə . Bilmirəm bəlkə hələ gözləməli idim , sadəcə gözlərinə azad baxışlarım bəs etməli idi xoşbəxtlik üçün . Bəlkə də gələcəkdə zaman alsa idi səni o qədər əziyyət çəkməzdim , nəinki etirafımdan sonra başqa birisi tutsa əllərindən...

Bilirsən sənə qarşı , gizlətdiyim , bitməyəcək hisslərim var?
Gecələr də bitməyəcək sanıram hərdən

Bilirsən səninlə yaşamaq istədiyim anları xəyal etmək necə çətindir?
Qorxuram gerçək olmaya

Bilirsən saniyələrim artıq çox yorulub?
Hər mahnı işgəncə verir dinlədikcə

Bilirsən yenilənən səhifəmin ilk sətri oldun?
Səni yazarkən dağılan mürəkkəb bütün səhifələrimə iz saldı

Bilirsən doluram hərdən bulud tək?
Amma yağa bilmirəm nədənsə

Bilirsən həyatda qorxduğum bir şey varsa o da peşman olmaqdır ?
Inanıram ki bu hisslərimə görə peşman olmaram , qarşılıq verməsən belə

Bilirsən?
Bilmək istərsənsə soruş . Soruş ki danışım sənə hər şeyi , deyim ki sənsən bütün suallara cavab .
Hisslərimin , gecələrin , saniyələrin , mahnıların , səhifələrin , hələ yazmadığım sözlərin , gizlətdiyim suallarımın səbəbi sənsən . Soruş ki , birdəfəlik azad olsun ürək bu ağırlıqdan . Ümid verməsən də soruş ki , sonbahar yaşamayım yarpaqlar tökülmədən .
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri