Ayrılığa sözüm var!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 693
Səs ver:
(səs: 1)
Gözlərinin duzu yandırmağa başlar əvvəl üzünü.
Üzün yanar sanarsan halbuki yanan ürəyindir.
İztirabını çəkdiyin nədir yaşadığınmı, yoxsa yaşayıb həyatından ata bilmədiyinmi?
Yenə yalnızlıq pərdələrini oynayırsan, bu qumarı uduzmaq üçün oynayırsan.
İçim ağrıyır, sanki minlərlə bıçaq yarası var bədənimdə.
Minlərlə acı, gücümün çatmadığı bir ağrı. Nə qışqıracaq, nə də ağlayacaq gücüm var. 
Susmaq... Bütün ağrıların qışqırır, onlar qışqırarkən susmaq.
Əllərin soyuqdurmu? Səsin eşidilməz, həyatmı oğru yoxsa talemi oğrudur?
Səndən oğurladığı yalnız bir sevgimi?
İndi, keçmiş yoxsa gələcək?
Yuxularındakı istilikdirmi səndən oğurlanan?
Səni bu soyuqluqdan qurtaracaq kibritlərin yoxdurmu?
Yoxdurmu hər kibritə saxladığın xəyalların?
Soyuqluğa təslim edirsən hər şeyini!
Yaraların uyğunlaşır, ağrılar hiss edilmir.
Səndən oğurladığı budur həyatın!
Hiss edə bilmək!
Ayrılığa sözüm var: unutmayacağam səni!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri