Artıq dözə bilmirəm və ayrılıram

Şərhlər: 4
Baxılıb: 1 896
Səs ver:
(səs: 2)
Ən böyük əzab tərk edilmək deyil, aldadılmaq deyil, darıxmaq heç deyil; ən böyük əzab, gedərək böyüyən boşluqmuş.
Ən böyük itki sevib, sonda kimi sevdiyini anlaya bilməməkmiş. Dəyər verib layiq olmadığını qavramaqmış.
Könlümdəki uşaq susdu və mən kənara qısıldım, çarəsizəm. Sürətli dağ çayı ikən dayandım. Uşaq ürəyimlə böyük sevgilər yaşayarkən adam oldum, amma uşaq tərəfindən sevgilər qazana bilməyən oldum. Hər vuruşundan sonra yaşadığım müvəffəqiyyətləri unutdum, daha da batmaqdayam. 
 
Qan qusuram, lazım olan heç bir yerdə deyiləm daha. Bir itkin zaman yaşayıram.Yadlaşıram bu şəhərdə, bir yanıq baramayam, dirilib ölürəm, öz dünyamda səninlə yaşayıram.
Günün ilk işıqları, sənin bədənin kimi yatağıma düşür, mən titrəyirəm, halbuki nə çox sevərdik bu işıqları.
 
Yeni bir gün, yeni bir ümid demək idi bizim üçün, sevdamızı ümidlərlə naxış kimi toxumuşduq xəyallarımıza. 
İçimizdə həmişə başqa biri var başqa dünyalar ümidlər və eşqlər, gecə və gündüz kimi, bir almanın digər yarısı kimi.Əskik qaldım indi sən gedəndə. Gülüşün ümid, baxışın xoşbəxtlik idi, getdin, payızda ardına baxmayan leylək kimi. 
Halbuki çaylar qurmuşduq sonunda okeanlar, incilər çıxardar, ağlayan uşağın qəmzəsi olardıq saf və duru.
İtdin, gülüşlər həmişə saxta. Uzaqdasan, ulduzların da kənarında ürəyimi sökdün gedərkən görürsənmü halımı.
Həyasız gecələrdə içdiyim şərabıma çörək, ürəyimə liman, payızımda əsən şirin külək idin, üzümə təbəssümlər əsdirərdin. 
Bir can olmaq idi səninlə məqsədim, dağlar sahibsiz, evsiz insanlar , sevmənin əvəzi unudulmaqmış.
 
Hər şeyim sən idin,yerim-göyüm,arzum,istəyim sən idin.Artıq dözə bilmirəm və ayrılıram.Arzularımın nə vaxtlarsa ümidləndiyi yerlərdən ayrılıram.Arzularımın uyuduğu,xatirələrimin lövbər saldığı arzulu yerlərdən ayrılıram.Səninlə qəfil ayrıldığım kimi,arzularımın uyuduğu yerlərlə də qəfil ayrılıram.İstəmdən ayrılıram.İllərlə zəhməd çəkdiyim,qan tər tökdüyüm o müqəddəs xatirə dünyamla,arzu dünyamla,sənli dünyamla ayrılıram.Səndən heç bir kömək ummadan,heç bir imdad diləmədən ayrılıram.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri