Bir öpüş..
Onu bir parkda yelləncək sırası gözləyən bir qız uşağı olaraq tanıdım.
Cibində bir ümid xəyallarının küləklə rəqs etməsini gözləyər bir halda idi.
Düşüncələri gözlərindən buludları oğurlamış, üzünü örtən saçları qara ağ bir film kadrında bir öpüş olaraq qalmışdı.
Həyatın mənasız tavıralarına qarşı güclü olduğunu göstərən
baxışları və yaşadıqlarını ürəyinə yavaşca basdıran bir çarəsiz kimi
idi.
Ağlamaq iki cür deyirdi həyat; ya ölənin ardından ya da çarəsizliyindən.
O
içində öldürdüklərini çarəsizliyin kəfəninə sarmalamış ağlamaları
yağışlara duaların bəxş etmiş biriydi. O gəlib keçən illərin arasında
bir uşaq olaraq qalmış və böyüməyi qəbul edə bilməmiş bir böyük idi.
Güclü, əzmli, qərarlı, romantik, kövrək…
kim bilər hansı yollarda çıxmaz xəyallar saxladı da qaranlıq dünya bu dənlə təbəssümlərinə məsafə qoymuşdu.
Susdu bir an, səmaya baxdı; Yağış yağır dedi səssizcə, yağan
torpağın qoxusu idi, gözlərini bağlayıb eləcə düşünməyə başladı.
Kimsə məni mən qədər anlamayacaq bəlkə amma Tanrım bir az daha
səbir diləyirəm səndən dedi və dizləri üstünə çömüb itirdikləri adına
verdiyi itkin elanları bir-bir yandırdı səssizcə.
Bir rəssamın fırçasından tökülən həyatın rəngsiz yanı kimi idi bütün rənglərin birləşib rəngsizliyi qurduğu bir dünya.
Şeirlərin adına yazılmasında gecikilmişlik və ilhamın adı ilə qaynaşdığı ürəkləri öpən bir öpüş idi.
Bəlkə də mənə bu dinclik verən tək gerçək idi ki həyata baxan
gözlərim bir pərdə ilə aralanmış və çarəsizliyin içində çarə olaraq
parlayan gözlərdə yazan böyük bir məna vardı.
İtib gedənlər, gələnlərdən üstün deyildirlər…
Əslində gözləri uşaqkən itirdiyim palıdlarımı xatırladardı mənə,
ona baxdıqca heç bir şey hiss etməyən duyğularım uşaqlığıma aparardı
məni, əllərim cibimdə uçurumun sahilində izlədiyim həyat idi onun adı.
O bir parkda düşüncələrini yelləndirmək üçün sıra gözləyən kiçik bir qız uşağı idi.
Tanrının yaratdığı bir əsər idi.
Və bu əsər həyat səhnəmdə ən üst yerdə bıçaqlı qalmışdı.
Bir yer var deyirdi oraya gedəcəyəm bir gün, özümdən kənara, içimdə bir yerlər var.
Susurdu.
Gözlərində saxladığı zamanın mərhəmətsiz yanını və bir tərəfindən
axıb gedən an gəlib dəli olmasına səbəb olurdu. Qurbağanı bir öpüş ilə
şahzadəyə çevirən nağıl qəhrəmanı kimi idi.
Kəslərin oxumadığı, oxuduğu anlarda belə qorxub yarıda buraxdıqları.
O tanrının yaratdığı bir öpüş idi.
Ürəklərdən öpənlərin nəsili tükəndiyi həyat parkında xülyalarını yelləndirmək üçün sıra gözləyən kiçik bir qız uşağı o.
Haradasan deyə zamanı sorğuladığım kiçik uşaq. Səssiz, narın, güclü, özündən böyük…
Bu mənəm...