Amma yenə də

Şərhlər: 9
Baxılıb: 2 063
Səs ver:
(səs: 3)
Əgər sən də mənim kimi nə vaxtsa tanımadığın evlərin işıqlı pəncərələrinə baxıb, heç kimin ağlına gəlməyəcək hekayələr uydurmusansa gecə küləyinə qoşul və gəl...İsti çayım var, bir az söhbət etmək üçün yaxşı havadır... 

Bu gecə mənə bir şam yandır sevgili, duana qarışdır məni...

İnsanın həyatda unudulmaz bir dostu olur, bir zamanlar ona "Sabah nə edirik??? " demiş mükəmməl bir dost... Onunla dünyadakı hər kəsi boş verib, sevgi axtarmadan, cəsarətli azadlıqlarla cəhənnəmin dibinə də qorxmadan gedə bilərsən.Onunla heç vaxt, heç kimin anlamayacağı, anlaya bilməyəcəyi mükəmməl zarafatlar edə bilərsən.Gecə yarısı şəhərin küçələrinə çıxıb məhəllənin orta yerində sübh namazı qıla bilərsən, ulduzlu bir gecədə onunla danışmadan bölüşə bilərsən bir çox şeyi...Xətri qalmasın deyə bişirdiyi dadsız omleti yemək kimi Ya da acı bir kofe... Çox acı bir kofe...

Heç vaxt gəlməyəcəyini düşünənlər var sevgili, gəl onları birlikdə "yuhlayaq", əks halda tək təbrik etməli olacağam..

Ən xoş xatirəmsən,
Mənim bu axşam.
Ən ağrılı dərdim.
Ən uzaq ölkəm....

Bu çətin günlərdə məni tək qoyacaq qədər qəddarsan, eyni anda mesaj göndərmək üçün küləyi seçəcək qədər kübar...

Bəzən darıxmaqdan başqa əlindən heç nə gəlməz...
Və bir də bir uzağı gözləmək...

Gəlməyəcəyin bütün hallarda gözləmək, inanmaq, yazmaq...Səni heç vaxt görmədən, tanımadan, üzünün hər cizgisini əzbər bilirmişcəsinə. Sənin üçün darıxmaq, nə vaxtsa haradasa möhkəm-lap möhkəm sarılmışcasına...Səni sevmək.Unudulmuşcasına...

İndi daha fərqli biri...
İndi daha qətiyyətli, daha öz güvənli və dəqiq...
....Və bir az hər şeydən uzaq...

İnsanlar 3 qrupa ayrılır sevgili...
1-ci nə istədiyini bilən və əldə etmək üçün əlindən gələni edən.
2-ci nə istədiyini bilməyən amma əldə etmək üçün əlindən gələni edən.
3-cü nə istədiyini bilən amma əlindən gələni etməyən....

Mən hər zaman birinci idim, hələ də birinciyəm...Sənsə hələ də 3cüsən...

Əlləri günaha batmış,dodaqlarından qan damlayan...Dünyanın min bir çirkabında dəfələrlə mənliyini satmış,ucuzlaşmış,alçaldılmış bir insanın "xoşbəxt olmaq" istəməsi kimisən sevgili...
Çarəsiz...Qeyri-mümkün!...Amma yenə də mənim...

Bəlkə nə vaxtsa eyni anda bir-birimizi düşünmüşük.Bunun üçün məni nə vaxtsa, həyatında bir neçə saniyə düşünmüş olmağın kifayət edir...

Qırmızı dodaq qırmızı filter tüstülər 
Bədən soyuqdan dona bilərmiş istidə 
Tənhalıq, depressiya, vahimə, soyuq tər 
Xatirələr, köhnə məktublar, bədxəbər 
Alkoqol narkotik lirika preparatlar
Radioda vals Vaston qarışıq həyatlar, 
Qarışıq saçlar, geyim, qarışıq işləri 
Və pridona ayaq basan növbəti müştəri 
Süni gülüşlərin, qısa öpüşlərin 
Sənə pul qazandıran saatla görüşlərin
Hər gün görürəm səni nə qədər alçalmısan, 
Qırışıb əllərin sən demə qocalmısan..
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri