Sevən sevilməz sevilən qiymət bilməz

Şərhlər: 9
Baxılıb: 2 800
Səs ver:
(səs: 3)
Ağacdan düşən yarpaq necə ki qurumağa məhkumsa, könüldən düşən də unudulmağa məhkumdur.

Həyatından silmək istədiklərini həqiqətən sil, çünki geri çevrilmə qutusunda gözlətsəniz sistemini yavaşladar.

Ürəyimin tənəzzül edib də sildiyini, əllərim zəhmət edib də təkrar yazmaz.

Ayrılığın şəkilini çəkdim sarı otaqlara, ürəyimi soyutdu qış ayazında. Sonra uzun uzun küləyin gülüşünü seyr etdim və gecənin ən tündləşdiyi yerdə ölümü qucaqladım gömgöy ürəyimlə.

Ona söylə... Onu gerçəkdən sevmədim. Ona söylə... Onu bir daha görmək istəmirəm.Ona söylə... Onsuz da hər şey gözəl. Ona söylə... Onu çoxdan unutdum. Amma ona bunları göz yaşları içində söylədiyimi söyləmə!

Qəhqəhə deyilən bir maska var bilirsən? İnsan sevdiyindən ayrılarkən o maskanı taxarmış.

Nədir bu adsız duyğular, sevgilim otağımda yağmur qoxusu var, qovuşmaq üçün tək bir söz belə yox, ayrılıq üçün bütün mahnılar var.

Kaş ki tənhalığım qədər yanımda olsaydın, kaş ki tənhalığımla paylaşdığımı səninlə paylaşsaydım, kaş ki sənin adın tənhalıq olsaydı və mən daima tənha qalsaydım.

Bir gün həyatın bütün gözəlliklərindən imtina edib səssiz sədasız ölümə getmək istəsən yanıma gəl də sənə sənsiz olmanın ölüm olduğunu göstərim.

Qadın nə qədər sevsə sevsin, Yoxluğuna alışdığı kişini bir daha istəməz.

Çox sıxıldınızsa həyatdan, bir məzarlığa get. Ölülər yaxşı bilir; Yaşamaq gözəldir ..

Əsla sevmə. Sevsən də bəlli etmə. Sevən sevilməz sevilən qiymət bilməz.

Bir gün yağışa tutulsan məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludların arxasında itən eşqi üçün ağlayan mənəm
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri