Hər şey səndə gizli...

Şərhlər: 5
Baxılıb: 1 961
Səs ver:
(səs: 5)
Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən. 
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.

Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan. Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!

Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri