Gözyaşı ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 311
Səs ver:
(səs: 1)
Gözya351;305; ...

Nərdivanlardan düşərkən tutdum o incə batıq səsini!
Sanki içdən içə getmə deyirdin
Sanki getməyimi istəmirdin.
Unudurdun pozduğun puzzle dolusu gülümsəmələrini
Qorxudurdu səndəki bu unutqanlıq məni.
Amma mən unutmurdum keçdiyim yolların qaranlığını
İndi burax tutma əlimdən!
Gedişlərin ən bəxtəvərinə ev sahibliyi edirəm bu gecə
Və mən sənin bu zəhər zıqqım qaranlığına yalnız gülümsəyə bilirəm
Gözümdəki o inci dənələrini qaranlıq bir baharda deyil yazlıq bahar məkanlarında
yerdən yerə vurmaq istəyirəm.
Heç boşuna baxma ağlamıram...

Hər gedişin bir dönüşü olarmış
Bu gedişin bütün dönüş yolları çıxmaz yola gəlir.
Nə etsən et sənə dönə bilmirəm.
Ustad demişdi ki, gündüzləri boşladığın vaxt qaranlıqda təpənə çökər,
Qaranlığı boşladığın vaxt isə gündüzlər yolunu açar!

Ustadın dediyi kimi qaranlığı boşluyuram.
Əsla ardımca o inci dənəsi gözyaşlarını tökmə yerə
Unutma ki mən gəlib keçiciydim sənin üçün
İndi bir də onları yerdən geri yığmaq üçün məşğul olma.
Bilirəm hər göz yaşının ardında bir peşmanlıq var amma
Hər peşmanlığın ardında da saxta gözyaşı var səndə bunu bilirsən.
Heç elə gözlərimə baxma ağlamırsan...

İndi tək başımayam
Çox şey öyrətdi həyat mənə.
Şam işığının batıq yandığını
Günəşə yaxınlaşdıqca yandırdığını
çobanyastığının solduğunu
ulduzların parladığını
Və ən əhəmiyyətlisi də
İki növ gözyaşı olduğunu:
Gözyaşı!
Saxta gözyaşı!

İndi görürəmki, əslində həyat tək bir şey öyrətmiş mənə,

Mən nərdivanlardan düşərkən
Onlar liftlə çıxırdılar...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 311
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri