Sevgi də ayaqqabılar kimidir...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 245
Səs ver:
(səs: 1)
alt


Sevgi də ayaqqabılar kimidir.

Eşqləri də ayaqqabılar qədər "diqqətli" seçməsəniz, eynilə ayağınızda olduğu kimi ürəyinizdə də qabar meydana gələ bilər.

Bəziləri palçıq, yağış, toz-torpaq, qar, buz kimi hər cür "pis hava" şərtlərinə davamlıdır. Bəziləri isə ümid etmədiyiniz qədər qısa zamanda tez "köhnələr" ilk yağışlı havada "altı açılar" və ya gözəl havalarda belə "iki gündə pozulub" gedər.

Dar gələn bir ayaqqabını yalnız tərzini bəyəndiyiniz üçün "zaman keçdikcə açılacaq" deyən satıcıya inanaraq alsanız, zaman içində ayaq sümüklərinizdə"deformasiya" başlayar.

Ruhunuzu daraldan bir eşq üçün yalnız fiziki bəyənib  "zaman keçdikcə düzələr" deyənlərə aldansanız, yenə zaman keçdikcə içinizdəki müsbət duyğuların "yox olduğunu" görə bilərsiniz.

Aşiq ola biləcəyiniz insan tipi, eynilə ayaqqabılar qədər dəyişik stillərdə, fərqli keyfiyyətdə və saysız "rəngdədir" .... Eşqi bir növ macəra olaraq "idman" kimi yaşayanlar, eynilə "idman ayaqqabısı" kimi diqqət cəlb edən və rahat insanları taparlar.

Qəribədir ki, psixoloji testlərdə "zəifliyi" olub evinə saysız növdə ayaqqabılar yığan insanların eyni zamanda "dəyişik" növdə eşqlərə də zəifliyi olduğu deyilər.

Bəli eşq "ayaqqabıdır".

Eynilə ayaqqabınıza baxım etməyib "xor" istifadə etdiyiniz zaman asanca köhnəltdiyiniz kimi, eşqinizə də diqqətli davranmayıb, diqqət göstərmədiyiniz zaman qısa müddətdə "köhnələr".

Və necə ki "deşik" bir ayaqqabını təmir etdirdiyinizdə yalnız "bir qədər" ömrünü uzatmış olarsınızsa; "dəlik" bir eşqi təmir etməyə çalışsanız da "əsla köhnəsi kimi olmayacaq"!

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri