Susarsan...

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 857
Səs ver:
(səs: 3)
Susarsan bəzən... Çünki sussan canının yanmadığını düşünərsən, amma susduqca daha çox yandırarsan. Düşünərsən, düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar, nə də ki, soyuq. Sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan.... Susarsan bəzən... Çünki ağlamaq, ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan, çox axtararsan, amma nəyi tapdığını, nəyi itirdiyini bilə bilmərsən... Susarsan bəzən...Çünki nə var, nə yoxsa, danışmaq istəmərsən. 
İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir "ah" düşər içinə... Böyüyər, böyüyər böyüyər... Böyüdükcə sən min parçaya bölünərsən, bəlkə. Amma susarsan. Yənə susarsan. Susarsan bəzən... Çünki min cümlə düşər içinə, min dərd düzülər ürəyinə... Min dərd bir səs etməz. Susarsan yenə.. Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi "heç" olmuş kimi... Susarsan... Susarsan bəzən...Çünki boşluq buraxmaq istəyərsən. Canın nə qədər yansa da, ifadə edə bilmərsən. Sən onun ürəyində kilidli qalarsan, o da sənin mənliyində. Min kəlimə olsa da, bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heç nə bölə bilməz... 

Susarsan... Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər, bəlkə də, izah edə bilmərsən. Qaçarsan insanlardan, amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkən də, açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heç nə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan... Susarsan bəzən...Çünki səni nə qədər incitsə də bağışlayarsan. Həmişə keçməyə çalışarsan, o xoşbəxt olsun deyə həmişə gülərsən, amma içində qan ağlayarsan... Onun səhvlərini görməməzlikdən gələrsən, nə qədər acı versə belə yenə də imtina edə bilmərsən... İncitməkdən qorxarsan, istəmərsən canı yansın... Kömür kimi közərsən də sönərsən. Susarsan...

Müəllif: Elvir Onur
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri