Bu dünyanın adamı deyiləm

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 130
Səs ver:
(səs: 3)
Herman Hesse Almaniyada dünyaya gəlsə də, həyatının böyük bir qismini İsveçrədə keçirib. Yazıçı, şair kimi tanınan Herman Hesse rəssamlıqla da məşğul olub. O, 1946-cı ildə Nobel mükafatına layiq görülüb.
 
Ölkəmizdə onun "Yalquzaq”, "Knulp”, "Demian”, "Muncuq oyunu” və "Siddharta” kimi məşhur əsərləri çap olunub.
 
* İnsanların çoxu üzməyi öyrənmədən üzmək istəmir. Bu təbiidir, çünki onlar üzmək üçün deyil, quruda yaşamaq üçün yaradılıb. Düşünmək istəməmələrində də qeyri-adi heç nə yoxdur, çünki düşünmək üçün deyil, yaşamaq üçün yaradılıblar. Bəli, kim düşünürsə, kim düşünməyi özünün əsas məşğuliyyəti hesab edirsə, irəliyə gedə bilər…
 
* Öz başı ilə düşünə bilməyən və özünə hakim ola bilməyəcək dərəcədə rahatlığı sevənlər, qadağalara boyun əyərlər.
 
*...zövq alacağın bir şeyi etmək üçün  başqalarının icazəsinə ehtiyac duyursansa, deyərdim ki, həqiqətən, axmaqsan.
 
* Bir insan kədərlidirsə, dişi ağrıdığı və ya pul itirdiyi üçün deyil, hər şeyin reallıqda necə, həyatın necə bir şey olduğunu hiss etdiyi üçün kədərlidirsə, deməli həqiqi kədərin dadına baxıb. Həmin vaxt o bir az heyvana bənzəyir, o zaman kədərli görünür, amma bu kədər həmişəkindən daha real və gözəl olur.
* Xoşbəxtliyi və ya müdrikliyi ilə öyünən və lovğalan insanlarda, əslində, bunun heç biri yoxdur.
 
* Hələlik insan səviyyəsinə çatmamışıq, sadəcə, insanlığa doğru gedən yolun üzərindəyik.
 
*…yumşaq bərkdən, su qayadan, sevgi zorbalıqdan güclüdür.
 
* Heç bir şeyin öyrənilməyəcəyini öyrənmək üçün xeyli vaxt sərf etmişəm və hələ də vaxt xərcləməkdə davam edirəm.
 
* Biz bir insandan nifrət edəndə, əslində, öz içimizdə yuva salmış, ancaq bu insanın görüntüsündə qarşımıza çıxan birindən nifrət edirik. Öz içimizdə olmayan şey bizi əsəbiləşdirə bilməz.
 
* Atadan uşağa burun, gözlər, hətta zəka da genetika vasitəsilə keçə bilər, amma ruh əsla. Hər insan özündə yeni bir ruh daşıyır.
 
* Yazmaq yaxşı olsa da, düşünmək ondan da yaxşıdır. Ağıllı olmaq yaxşı olsa da, səbr etmək ondan da yaxşıdır.
 
* Bu dünyanın adamı deyiləm.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri