Ayrılıq salamdan başlar

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 543
Paylaş:
Səs ver:
(səs: 3)
Ayrılıq "salam”dan başlar…
Salam Allahın adıdır əslində…
Tanışlıq Allahla başlayıb, Allahla bitər…
Çünki tanışlıq "salam”dan başlar…
Allah istəyib yəqin tanışlığımızı, sonra da ayrılmağımızı…
"Salam”dan başlayıb ya davam edər, ya da "salam”dan başlayıb yerində bitər, "sağ ol, əlvida” olmadan…
Maraqlı olar insan sənə… Onun haqqında hər şeyi bilmək istəyərsən, ortaq maraqlar, mövzular axtarıb taparsan… Kitab kimi maraqlı olar, oxuduqca, oxuyarsan, kitab da bitir, maraqlı olduqca, tez oxuyub tez də bitirirsən…
İnsanlar da elədir məncə, maraqlı olur sənə, nə qədər tez tanıyırsan, bir o qədər bitir sənin üçün, maraqsız olur sənə… Düşünmürsən ki, bəlkə o insan romandır, bir kitaba sığmır, davamı var əslində…
Səbrimiz çatmır davamına… Bir kitabla açıb bağlayırıq insanları…
"Salam”dan sonra hal-əhval tutular… Sonra tanışlıq üçün verilər digər suallar… Sonra dostluq, sonra sevgi, sonra ayrılıq… Hər şey bu qədər bəsit, bu qədər sadə, çox dərinə getmək lazım deyildir əslində…
Ayrılanda insan maraqlı olmaz sənə, soruşmazsan hal-əhvalını, yola verərsən gedər, görəndə görməzlikdən gələrsən, üzünü çevirərsən, salamını götürməzsən…

Bəlkə o səni sevməkdə və oxumaq istəməkdə davam edər… Sənsə… Sənə isə bu maraqlı gəlməz daha…
Başqasını axtararsan… Axtarışda olacaqsan, yenisini tapanadək…
Salam verərsən gündə 10 nəfərə, 100 nəfərə, hansı gedər irəli, hansı bitər yerində, qismətin işi…
Onu da buraxarsan Allahın üzərinə, bağlayarsan qismətə, alınmazsa, deyərsən, "Allah belə buyurub, qoruyub məni”, alınarsa, sevinərsən ki, tənha deyilsən, başını qatmağa yeni insan, yeni mövzu var, qəlbin də daha bir müddətliyə məşğul olacaq, vicdan üçün də əzab çəkməyə səbəb olacaq, ağıl üçün də məsləhət verməyə, düşünməyə əsas veriləcək…
Ağlın da, vicdanın da, qəlbin də, ruhunun da yaşaması üçün də, bitməsi üçün də, bir "salam” yetər…
Ayrılanda uzaqdan onun gəldiyini görüb yolunu dəyişərsən, dəyişərsən nömrəni, itirərsən bütün izləri…
Ayrılanda bloka atarsan onu, silərsən ismarıclarını, silərsən zəng tarixçəsini, əlaqə vasitələrini, emaillərini…
Ayrılanda nə ortaq maraqlar, nə ortaq mövzular düşər yada…
Ayrılanda tək istəyin onu unutmaq olacaq…
Əslində, hər bir insanı 10 nəfər sevər, 100 nəfər paxıllıq edər, yaltaqlanar, tərifləyər üzdə, dalınca deyinər, 1000 nəfər yatağa salmaq istəyər, 10000 nəfər "yox” deyildiyindən nifrət edər, qisas hissi ilə yaşayıb, düşməninə çevrilər, yalnız 1 nəfər- əsl insan olduğundan sevər və sevgisinə cavab görər, insanı, sevgisini, qəlbini, ruhunu, ağlını, vicdanını əldə edər…
Salam verdiyiniz zaman unutmayın bunları…
Salamdan sonra davam yoxsa tamam?! Hər şey sizdən asılıdır, ey insanlar…
Günel Fərhadqızı

loading...
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 543
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli yazidi
26 mart 2016 13:18
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
aLoNe AnGeL
Ayrılanda uzaqdan onun gəldiyini görüb yolunu dəyişərsən, dəyişərsən nömrəni, itirərsən bütün izləri…
Ayrılanda tək istəyin onu unutmaq olacaq…
................................................................................
.......:(
25 mart 2016 22:44
10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
gulay..
Ağlın da, vicdanın da, qəlbin də, ruhunun da yaşaması üçün də, bitməsi üçün də, bir "salam” yetər…
25 mart 2016 20:39
9
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
Offline
_TəHLuKə_
Bir "salam"...Qadir olduqlarına baxın)..
25 mart 2016 20:04
8
Özün ol!Qəti özənmə özgələrinə!
Offline
Dj_Vampir
Ayrılıq "salam”dan başlar…
Salam Allahın adıdır əslində…
Tanışlıq Allahla başlayıb, Allahla bitər…
Çünki tanışlıq "salam”dan başlar…-nece gozel sozcuklerdir..Beyendim
25 mart 2016 13:29
7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
S.Heydarova
Her sey salamla baslar.....
25 mart 2016 13:28
6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
Barbaris
maraqliydii twkler
25 mart 2016 11:44
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
heyatim_menim
Duzdu her sey Salamla baslar amma bezende mecbur ayrilarsan

Duzdu her sey Salamla baslar amma bezende mecbur ayrilarsan
25 mart 2016 10:59
4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
lale.veliyeva19
hər şey salamla başlar sağolla bitər
25 mart 2016 09:46
3
Offline
BARBI
Ayriliq salamdan baslar. Tamamina ya da davam etmesine biz qerar vererik. Ayriliq cox aci hisdir
25 mart 2016 08:04
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
aziz a
Canım Qurban Allahıma...Ululardan Ulu Allah,Ucalardan Uca Allah....
25 mart 2016 05:21
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv