14 Fevral - Sevgililər Günü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 435
Səs ver:
(səs: 3)
Sevgiyə dair nə çox söz söyləndi minlərcə il…Nə çox şey yaşadı aşiq kəslər…Maraqlı olan budur ki,hər kəs öz SEVGİsini yaşadı və hər kəs sevgi deyə öz qəlbini izah etdi…Bu gün mən də bunu edəcəm,öz ürəyimə güzgü tutacam…
Əsl sevgini yaşadınmı?-deyə sual vermə mənə.Bəlkə də bu sualı yalnız həyata göz yumduğum gün cavablandıracam.Bu gün sadəcə önümə aglımı,ürəyimi,ruhumu qoyub öz sevgimin xəyalını quracam…

SEVGİ-Mən əvəzinə ilk əvvəl SƏN deyə bilməkdir…Özündən əvvəl onun xoşbətliyini düşünmək,Onun yanında rahatlıq tapmaq,Güvən duymaqdır..Hər nə olur-olsun səni sevəcəyini bilərək ÖZÜN olmaqdır

SEVGİ-Sevdiyinin ürəyinin gözəlliyinə və sevdasına inanaraq onun xoşbəxtliyi üçün səylə əmək sərf etməkdir….Sevdiyinin gözlərində rahatlıq tapıb onun ruhuna qərq olmaqdır…

SEVGİ-Sevdiyinə hörmət etmək,varlığı ilə qürür duymaqdır….Təbəssümün kimi göz yaşlarını,söhbətlərin kimi susqunluğunu da eyni həvəslə onunla paylaşmaqdır…

SEVGİ-Həyat qapılarının hamısını açmağa qadir olan tək açardır…

SEVGİ-MƏN və SƏN anlayışına son qoymaqdır…

SEVGİ-İnsan övladının çətinliklə tapıb asanlıqla itirdiyi bir məvhumdur…

Bir ömür boyu sevib- sevilmək arzusu ilə Bayramınız Mübarək!!!
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri