Yaşamaq çətindi sənsiz

Müəllif: heyatim_menim
Şərhlər: 11
Baxılıb: 2 441
Səs ver:
(səs: 5)
Nə gördüyün qədər asandı hər şey,nə də düşündüyün qədər qarışıq.Nə istədiyin anda ölümü seçə bilirsən, nə də ölüm gədiyində yaşamaq şansın var.Bəzi seçimləri seçməkdən məhrumsan.Bir usağın öz ana-atasını seçə bilməsi kimi sənin də həyatından bəzi hadisələri  dəyişmək şansın yoxdur.Ağlında olan 1 sualın cavabını tapmaq üçün aylarca axtarışa çıxdığın olur.Küçə-küçə bütün şəhərləri tanımaq,onları anlamaq istərsən...Asan deyil əlbət bu...
 Ancaq bu yolla unudacağını sanırsan dərdlərini....Heç gözləmədiyin bir anda qulağına gələn mahnı səsində tapa bilirsən axtardığın sualın cavabını...
 Bütün acı verən hər şeydən qaçmaq istəyirsən...Ölümdən qaçar kimi qaçarsan sevgidən.Amma ölümdən qaçmaq mümkün olmadığı kimi ,sevgidən də qaça bilməzsən... "Sevgidə sabah yoxdur",deyərkən ağlın sabahlarda qalar.... Sevgini gözüdolusu yaşaya bilməzsən.... Ayrılığın acısı buraxmaz yaxanı... unutmaq istədikcə məğlub olarsan...Nə qəhqəhələrlə gülə bilirsən,nə də hıçqıraraq ağlaya... Qəfil 1 anda, bəlkə 1 dosta salam deyərkən,bəlkə xoşuna gələn  1 seiri oxuyarkən və ya mahnı dinləyərkən yanağından süzülən yaşlar......
Qeyri ixtiyari... Elə səssiz sədasız axar ki... Həm azad olmaq,həm də bağlanmaq isdəyirsən....Bilirsən çünki....Azad olmaq yalnızlığın dostudur.Bir sevgi yaşamaq istəyirsən.Ancaq incidilməkdən qorxarsan... Nə gedə bilirsən bir addım qabağa,nə də dönə bilirsən keçmişə... Heç bir şeyin dəyişməyəcəyini bilə-bilə.Yenə də ümüd edərsən...Əgər olsaydı...?!
Təsəlli etməyə başlayarsan özünü... Yaxşı ki olmadı... Alınmadı...Amma bunlar səni incitməkdən başqa 1işə yaramaz!!! Bax belədir qarşılıqsız sevmək.Gecən gündüzün birləşir... Sən atmısan ilk addımı... Amma o əlini uzatmamışdır sənə...
 
 
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 2 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri