HƏYATDAN ÖYRƏNDİM . . .

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 857
Səs ver:
(səs: 3)

Sonsuz bir qaranlığın içindən doğuldum.

İşığı gördüm, qorxdum. Ağladım.

Zamanla işıqda yaşamağı öyrəndim.

Qaranlığı gördüm, qorxdum.

Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi…

Ağladım.


***
Yaşamağı öyrəndim.

Doğumun, həyatın bitməyə başladığı an olduğunu, aradakı hissənin, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.


***
Zamanı öyrəndim.

Yarışdım onunla…

Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim…


***
İnsanı öyrəndim.

Sonra insanların içində yaxşılar və pislər olduğunu…

Sonra da hər insanın içində yaxşılıq və pislik tapıldığını öyrəndim.


***

Sevməyi öyrəndim.

Sonra güvənməyi…

Sonra da güvənin sevgidən daha qalıcı olduğunu,

Sevginin güvənin möhkəm zəmini üzərinə qurulduğunu öyrəndim.

 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri