SƏBƏBİNİ BİLMİRƏM

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 473
Səs ver:
(səs: 1)

 

 

Səbəbini bilmirəm, Amma...

Bu gün həmişəkindən daha çox ehtiyacım var sənə...

Sanki köhnəlmişəm,əntiq əşyayam bu gün. ..Yenə batır günəşlə birlikdə itir bütün müqavimətim, ümidlərim! Mən artıq onsuz edə bilirəm. ..!Dediyim günlər toz tüstü olub yapışdı yenə boğazıma, Nədənsə tuta bilmirəm sənsizliyin üsyanını bu gün!...Damla damla axır gözyaşlarım...

Bax,

Yenə çəkildi...

Evli evinə, kəndli kəndinə!

Səbəbini bilmirəm, amma;

Evsiz, kəndsiz qaldım bu gün, bu gecə...!

Hər kəs sığınacaq bir dam tapdı gerçək mənliklərdə, mənsə sənsizliyin şəxsiyyətsiz damına sığındım yenə. ..Mənə gələn bütün yollar,döngələr bağlandı, yolsuz qaldında dönə bilmədinmi? Yoxsa çıxmaz yoldan çıxış yolumu tapdın özünə?!Bilmirəm səbəbini, nəticəsini amma,çox təkəm bu gecə...

Sanki Açılmayan düyün,

Sübuta yetirilə bilinməyən cinayətlər kimi sənsizlik...

Çatmır yaşamağa,

Bir mən bir də sənsizlik...

Səbəbini bilmirəm, amma;

Çox sıxır bu gün, bu gecə bu naməlumluq!

Necə Olduda İtirdim Səni Səndə Məni?...Səbəbini anlamıram,Düşünürəm!!!Düşünürəm!!! Axı unutmuşdum səni...Mən artıq sənsiz edə bilirdim yenə noldu mənə?...Düşünürəm!!!Düşünürəm!!!Axı unutmuşdum səni...Həyatımım mənasıydın,qəlbimin tək açarıydın...Necə Olduda İtirdim Səni Səndə Məni?Düşünürəm!!!Düşünürəm!!!Axı unutmuşdum səni...Yenidən Həyatıma Gəlsən Bunu Nəyə Borclu Olardım İçimdəki Sənsizliyə yoxsa Sonsuz Sandığım, Hələdə Acı Xatirələrlə Qəlbimi Qovuran Sevgimə???Düşünürəm!!!Düşünürəm!!!Axı unutmuşdum səni...

Hər şeyi bir səbəbə bağladım,lakin,bir sənin yoxluğunu bağlaya bilmədim nəticəyə. ..Bəlkə də bunun üçün ağrıdır,yaman sıxır incidir qəlbim?!. ...Çox sevdim deyəmi itirdim səni, çox sevilə bilmədim deyəmi?!

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri