Sevgi-dünyanın ən kiçik bir qum dənəsində,ən əlçatmaz zirvəsindədir.
Sevgi-Rəhmətlə,nurla yağan yağışın damlasından,rən-rəng açan çiçəklərin naxışındadır.
Sevgi-Ayağımızın altındakı torpaqdadır.Həyat üçün ümidlərin torpaqdakı toxumdur
Sevgi-Hicran oxlarının sancılıb qaldığı sevdalı sinələrdən çıxan
ahlarda,alovlanan eşqləri daha da atəşləndirən iki damlacıq göz
yaşındadır
Səhərləri qucaq-qucaq rəhmət saçan mələklərin qanadında.səcdələrdə gül yanaqlara tökülən inci-inci yaşlardadır
Sevgi-Gülşəni gözəlləşdirən güldə gülaşiqi,çəmənzarlar padişahı bülbüldədir.
Sevgi-Zikr içində Həbibullaha salətu-salam gətirən daşlardadır
Sevgi-Peyğəmbərlər,sultanlar,şəhidlər,alimlər,bəsləyən:cənnətlərlə
şərəflənən anaların qucağındadır.Anasının əlindən möhkəm tutaraq
nura,işığa-istiqbala yürüyən o məsum baxışlı balacanın baxışıdır.
Sevgi-Əsrlər öncəsi mübarək Hirada Haqqa həbib olma şərəfinə məzhər
olan Həbibullahdır.Onları üç günlük müasir saxlayaraq şərəflənən
Sevrdə,ona yoldaşlıq edən ikinin ikincisi Hz,Əbu Bəkrdədir
Sevgi-Quranında,azanında,namazında Məkkəyi-mükərrində,canlar canını
ağuşunda alaraq şəfqətli bir Ana kimi ona himayə edən
Mədineyi-Münəvərdə,yaşlı qübbəti məsudi-Nəbəvidə,Rözeyi-Mütəhardadır
canlar qanı,nəbilər sultanı HƏZRƏTİ MƏHƏMMƏDDƏDİR
Ağlımızın içindəki balaca bir dünya,qəlbimizin içindəki ağıldadır.
Sevgi-Canımızın tacı olan ruhumuzda,ruhumuzun gedəcəyi o əlçatmaz yolçuluqdadır.
Sevgi-Haqq yoluna baş qoyanların ayağının tozundadır
LA İLAHƏ İLLƏLLAH deməkdən usanmayan könüllərin gözündədir.
P.S:Bu yazıları məndə bir dəftər var və həmin dəftərdən olan
qeydlərdən biridir.birdə onu qeyd etmək isdəyirəm ki, yazılanların hec
biri mənə aid deyil.