Sevgili
musiqiyə bənzəyir. Bir dəfə aşiq olduğun musiqini dəfələrlə dinləmək
istəyirsən…Və bir gün nəhayətində dinləməkdən bezdiyin bir ifaya
çevrilir. Bu halın yaşanmaması üçün, sevgi münasibətlərini hər zaman ilk
günki kimi həyəcanlı və xoşbəxt hala gətirmək şərtdir. Həyatda hər
şeyin bir qaydası olduğu kimi bunun da özünə məxsus qaydaları vardır. Bu
qızıl qaydaları sizin üçün bir başlıq halında topladıq. Buyurun oxuyun.
Ümid edirik ki, işinizə yarayacaqdır.
1-ci qayda: "Baxımlı olmaq”
Cinsinizdən
və kimliyinizdən aslı olmayaraq baxımlı olmaq işin əsas qanunlarından
biridir. Əlinə keçəni əyninə keçirmiş bir qadın, yaxud kişi düşünün.
Saçı daranmamış, üz-gözündən zəhrimar yağan bir adam başqasının necə
xoşuna gələ bilər?! İnsan gözü daim gözəlik axtarır. Dərinizə, saçınıza,
geyiminizə ciddiyyətlə yanaşın. Bunun üçün ilk öncə
sevgilinizin zövqünü yaxşı bilməyiniz şərtdir. Onun zövqünü oxşayacaq
aksesuarlardan istifadə etsəniz sizi daha çox bəyənməyə başlayacaq.
2-ci qayda: "Sevimli olmaq”
Sevimli
olmağın ən yaxşı yolu, güclü yumor qabiliyyətinə sahib olmağınızdır.
Ciddilik hər zaman gözəldir. Lakin quru xasiyyətli bir adamla bir evdə
yaşamağı heç bir insan arzu etməz. Bacardıqca çox lətifə
öyrənin.Sevgilinizi güldürmək üşün əlinizdən gələni edin. Əyər
qaraqabağlıqda sərhəd tanımayan insansınızsa və lətifə işi sizdə
alınmırsa onda onunla ara-sıra maraqlı oyunlar oynamaqdan yan keçməyin.
3-cü qayda: "Romantika”
Romantika
anlayışı olmayan bir sevgili düşünün... Bütün günü sizə iş yoldaşları
və ailəsi haqqında danışır. Yaxud yuduğu paltarları necə ütülədiyindən.
Sizcə də çox ürəksıxıcı olmazmı?! Elə isə bu gündən başlayaraq romantik
bir adama çevrilmə yolunda irəliləyin. Bunun üçün hər yerə şamlar, yaxud
güllər düzməyinizə gərək yoxdur. O gülləri qəlbinizdən keçən dəyərli
sözlərlə əvəz edin. Hər gün aşiqanə sözlər eşidən insanın sizə olan
bağlılığı ən üst səviyyədə olacaqdır.
4-cü qayda: "Çılğın- sürprizlər”
Hər
bir insanın içindən ara-sıra çılğınlıq etmək istəyi keçər. Əlbəttə çox
sərhədləri aşmamaq şərti ilə ara-sıra bunu etməyinizdə fayda var.
Məsələn, əgər xasiyyətinizə uyğundursa onun üçün serenado oxuya, yaxud
gözəl bir video-rolik hazırlaya bilərsiniz. Əmin olun ki, xoş sürprizlər
hər bir insanın qəlbini fəth etməyə qadirdir.
5-ci qayda: "Ona Sevdiyinizi göstərin”
Bir
çox insanlar sevgilərini dilə gətirməkdən çəkinirlər. Qəlblərindəki
məhəbbət nə qədər güclü olursa olsun onu göstərmədikcə sevgilin
qarşısında heç bir üstünlüyə sahib deyilsən deməkdir. Onun üçün şəkil
çəkin, yazı yazın, musiqi bəstələyin. Hər fürsətdə onu necə sevdiyinizi
sərgiləmək üçün əlinizdən gələni edin. Hobbylərini, sevdiyi rəng və
əşyaları, doğum günü və özəl günlərini əzbərləyərək onun heyran etməkdə
fayda var.
6-cı qayda: "Ona azadlıq verin"
Heç
bir insan azadlığının əlindən alınmasını istəməz.Həyatın önəmli
qanunlarından biri də budur ki, "İnsan ona qadağan olunan işə
meyillidir”. Odur ki, qadağaları yığışdırın.Əlbəttə ki, qısqanclıqla
başa çıxmaq mümkün deyil. Lakin etməsini istəmədiyiniz şeyləri ona
deməklə onu həmin işlərə daha da yaxınlaşdırırsınız. Sizə isə bu lazım
deyil.Əvəzində "Əzizim mini ətək boyunu qısa göstərir” yaxud "Bir
məqalədə siqaret çəkən insanların iş həyatında uğursuz olduqları
haqqında yazılmışdı” kimi yumşaldıcı ifadələrdən istifadə edərək
məqsədinizə nail ola bilərsiniz.
7-ci qayda: "İnam yaradın"
Münasibətlərin
bəziləri inamsızlıq ucbatından pozulur.Sevdiyiniz insamda inam
yaratmağı bacarmalısınız. Əlinizə keçən ilk fürsətdə sədaqətli
olduğunuzu ona sübut edin.Bu sizi hamıdan fərqləndirəcəkdir. Eyni
zamanda sizə sonsuz hörmət və sevgi hissi ilə bağlanması üçün başlıca
şərtlərdən biridir…
8-ci qayda: ” Ona özünü Şahzadə kimi hiss etməyə şərait yaradın”
Əlbəttə
ki, çox olmamaq şərti ilə insanlar hər zaman komlimentlər eşitməyi
sevirlər. Sevgilinizə onun xüsusi insan olduğunu, hamıdan üstün olduğunu
söz və hərəkətlərinizlə göstərin.Belə olan halda o sizin yanınızda
özünü daim yaxşı hiss edəcək.Bunu eşitmək üçün hər zaman yanınızda
qalmaq, uzaq səfərlərdən qollarınıza qaçaraq qayıtmaq arzusu ilə
alışıb-yanacaq.
9-cu qayda: "Deyingənliyə son"
İnsan
övladı pessimist fikirlərlə onu yoran bir sevgilini əsla qəbul etməz.
Xoş söhbət etmək və deyinmək arasında uzun və keçilməz sərhədlər vardır.
Onunla gülərüz davranın. Hər şey üçün deyinib, qəzəblənməyin heç kimə
faydası olmayacaqdır.
10-cu qayda: "Özün kimi ol…”
Rol
oynamaq aktyorların işidir. Sən bacardıqca özün ol. Əlindən gələni et
ki, təbii iç aləmini ortaya çıxara biləsən. Bir insan məncə elə necə
varsa o cürə görünsə yaxşıdır. Qorxmadan gülümsəyin, arzu və
istəklərinizi ona rahat-rahat çəkinmədən danışın. Əmin olun təbii bir
sevgilini hər bir insan bütün qəlbi ilə sevər.