Jurnalistə aşiq oldunsa... - 8 səbəb

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 786
Səs ver:
(səs: 2)
1. Onlar qarşılıqlı səmimiyyətə dəyər verirlər.
Jurnalistlər karyeraları boyunca bir çox hadisələrin şahidi olurlar. Qarşında jurnalist varsa, ondan sirr saxlamaq çətin olacaq. Siz jurnalistdən heç nəyi gizli saxlaya bilməyəcəksiniz. O, sizi dərhal çözəcək.
 
2. Onlar geniş dünyagörünüşünə malikdirlər.
Dünyanın ən müxtəlif mövzulardan məhz jurnalistlər agahdırlar. Məsələn, onlar hansısa qanunun qəbulunun nəticələrindən lazer cərrahiyyəsinə qədər bilirlər. Jurnalistlərin bir sıra aktual məsələlər üzrə öz mövqelər olur.
 
3. Onlar hər zaman verdikləri sözə əməl edirlər.
Ona görə əmin olun ki, əgər onlar sizə müəyyən tarixə nə isə vəd ediblərsə, mütləq edəcəklər.
 
4. Onlar yaxşı plan cızırlar.
Jurnalistlər adətən çox diqqətlidirlər. Sizin ad günü, yaxud digər əlamətdar gününüzün tarixini heç vaxt unutmazlar. Bu peşənin sahibi hər şeyi öncədən planlaşdırmağı sevir.
 
5. Onlar hər şeyi ciddi olaraq qəbul edirlər.
Əgər siz məzuniyyətə getməyə hazırlaşırsınızsa, onlar qabaqcadan bütün informasiyanı tapacaq, ekspertlərlə və dünyagörmüş səyahətçilərlə məsləhətləşəcəklər. Öncədən bütün təhlükəsizlik tədbirlərini görəcəklər. Hətta biletləri səfərə getmədən aylar öncə sifariş edəcəklər.
 
6. 4-cü Hakimiyyət hesab edilən qələm əhli hər zaman xəbərin mərkəzindədirlər.
Jurnalistlər iki həftə bundan qabaq mərkəzdə açılan yeni barın ünvanını və ora necə getməyi hər kəsdən yaxşı bilirlər. Yeni konsert, kino və teatr, qastrol səfərləri haqda məlumatı məhz onlardan öyrənmək olar.
7. KİV nümayəndələri dəyişikliklərdən qorxmurlar.
Jurnalistin həyatı - hər zaman dəyişikliklərlə dolu olur. Onlar hər gün yeni-yeni mövzular axtarışındadırlar. Buna görə də, jurnalistlər baş verən bütün hadisələri təbii qarışlayırlar.
 
8. Jurnalistlər daha sürətlə inkişaf edə bilər.
Onların gözəl gələcəyə şansı çoxdur. Jurnalistika karyerasını davam etdirmək fikrindən nə vaxtsa daşınsanız da, siz tezliklə baş redaktor və digər sahələr üzrə PR menecer işləyə bilərsiniz. Jurnalistikanı seçmiş dəyərli insanlar həyatda daima uğur qazanacaq.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri