Yan ürəyim, indi yan ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 893
Səs ver:
(səs: 2)

alt


Bu gün sənə yazmaq gəldi içimdən, içimin dərinliklərini yaxa yaxa gəldi, bir an müqavimət göstərdim, lakin səbr edə bilmədim. Susmaq nə qədər ağır gəlir bir bilsən, tökmək istəyirəm sənə içimi, amma hamı həmişə manelər mane olar, baş edə bilmədiyim, hamı həmişə ağır yüklər qaldıra bilmədiyim.

Sənsə heç bilmədin, bilməyəcəksən. Hanı göz gözə gəlsəydik danışmazdım, anlar idin gözlərimdən, ürəyimə ayna edərdim onları izah edərdilər sənə hər şeyi… Olmadı ürəyim, o da olmadı, bir dəfə belə görmədim onu, o da məni görmədi təbii, amma nə çarə ki, mən kədərliykən o xəbərsiz, ona aça bilmədik içimizi ey ağrıyla hörülmüş ürəyim… Buna ah deyirəm, yalnız bir ah… Nəysə ki, bilirsən ki, hər şeyə hökmü keçən, dilədiyini dilədiyi zaman istədiyinə çatdıran mərhəmətlilərə mərhəməti öyrədən, mərhəmətin yaradıcısı bir ALLAHIM var, O varsa yarana dərman, dərdinə dərman var.

Gəl indi danış, de ki: ALLAHIM bu gün də susmağım üçün mənə səbr ver… Müqavimətimi qırma, səbrimi gücləndir, ümidsizlik dəryasında boğulmama icazə vermə… Dünən Sənin idi, bu gün Sənin, sabah Sənin, mən Səninəm, mənim bildiklərim Sənin, Sənsizliyin dözülməz təkliyində biçarə buraxma məni…

ALLAHIM çətinliyim sənə ayan, nə quru bir söz gərək sənə nə də diqqətlə bəzənmiş bir bəyan, əgər Sənsənsə gizli gizli ayan bəyan hər şeyi duyan eşidən, yan ürəyim, indi yan da yan, yan, söykən döz…

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri