Bəzən özü ilə tək qalmaq istəyir insan

Şərhlər: 3
Baxılıb: 2 284
Səs ver:
(səs: 2)
Bəzən özü ilə tək qalmaq istəyir insan…Bir an belə olsa dünyada tək qalmaq,ya da elə hiss etmək istəyər insan…Hər kəs çoxluqdur sanki…Ailə,dost,sevgili…Kimsənin səsini eşitməmək,ya da bir anliq hər şeyi vecə almamaq istəyər insan…Bax eləyəm…Sanki istəyirəm ki,keçmişi,gələcəyi,yaşanılanı və yaşanacaqlari fikirləşməyim…Sırf özüm olum və özümlə qalim…
Bir mən çixardim mənim içimdən…Elə bir mən ki,hər şeyi silsin ağlimdan…Dünyaya yenidən gəlmiş kimi olum.O qədər olum ki,uşaq kimi qoxum yenidən….Yenidən öyrənim oxumaği,yazmaği və oyun oynamağı.Amma həyatla deyil,uşaq oyunlarini…Gizlənqaç oynayim…Məsələn,bağlayim gözümü və açanda dəyişsin dünya,dəyişsin həyat…Qaçdi-tutdu oynayim arxamda buraxi acilari…Göz yaşlarımı uçurtma düzəldib uçurum göylərə,yağiş olub yağib getsinlər…
Ağır gəlir zaman sonra hər şey insana,yoxsa mən ağiram bu dünyaya?.Şeirlər yazsam,ürəyimi boşaltsam hansi sətirlərdə taparam mənliyimi?…Mən yenə qayidim həyatin özünə…Suallar,cavablar qurtarmir…Zamanda çatmir üstəlik Soruşmağa…Həyatın apardiği yerə getməkdir ən yaxşisi bu saatdan sonra…Bir yol cizmişam gedirəm,amma hara bilmirəm…Səhvlərimlə,suvablarimla…Yaşanacaq günlərimi yanıma alıb,bir də ürəyimlə,sevdamı yeni bir yola girirəm…Və özümü arxamda buraxiram…Yeni bir mən oluram...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri