Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 460
Səs ver:
(səs: 2)
Böyüdükcə sevgini unuduruq, işin içinə ağıl qarışır və növbə məntiqə gəlib çatır. Ən bəsiti isə yaralanmaqdan qorxuruq və qəlbimizin səsini eşidə bimirik..
© Əhməd Batman
 
Bir qadını ortadan ikiyə böl.
Yarısı anadır, yarısı uşaq.
Yarısı sevgili, yarısı sevgi.
© Cemal Süreya.

Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.
© İ.V.Höte

Pis arvad əyri qabırğa kimidir, sındırarsan, amma düzəldə
bilməzsən. 
© Əfqan atalar sözü.

Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir.
© R. Emerson.

Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar.
© Aristotel.
 
"Hər bir varlı kişinin kasıb dostu var, amma kasıb rəfiqəsi olan varlı qadın tapmaq çox çətin məsələdir."
© Seymur Baycan

Bizi gücləndirən yediklərimiz deyil, həzm etdiklərimizdir. 
Bizi zəngin edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir.
Bizi bilikli edən oxuduqlarımız deyil, zehnimizə həkk etdiklərimizdir.
© Frensis Bekon
 
Əvvəlcə fikirləş,sonra danış.Sənə "Sus" deməmiş özün sus.
© Sədi.
 
Dinləyə bilmək bacarığı,yaxşı danışmaq bacarığına bərabərdir.
© Ə.M.Bəhmənyar.

Həyatını aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzerinə bina edərsən.
© Hz. Eli (r.a.)

Həyatınız heç nəyə yaramadısa, onu boş-boşuna keçirdinizsə, onu itirməkdən niyə qorxursunuz?
© Lukretsi

Qeybətcil - o kəsdir ki, sizə həmişə başqaları haqqında danışır,
Lovğa - o kəsdir ki, sizə özü haqqında danışır,
Xoş həmsöhbət - o kəsdir ki, sizə məhz sizin haqqınızda danışır.
© Lisa Kirk

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.
© D.Karnegi.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri