Səni sevməzdən əvvəl anlamaq istərdim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 034
Səs ver:
(səs: 2)
Gözlərin bir dəniztək cəlb edir məni.
Mənasını anlamadığım baxışlarının kölgəsində dincəlirəm.
Bəzən sadəcə gözlər danışar.
Ürəyimizdəkilərin, dilimizə gətirə bilmədiklərimizin muncuqtək gözlərimizə düzüldüyü anlar var.
Səsini eşitdiyim an ürək döyüntülərimin artdığını hiss edirəm.
Sənin üçün bir dünya olmaq istərdim, səni isə yorulmadan hər qarışımı kəşf etməyə çalışan biri olaraq görmək istərdim.
Düşüncələrimiz bir olsun yetər. 
Son günlər beynimi bu sual qurcalayır- təsadüfsən ya həqiqət?
Baxışların ürəyinizə işləməyinə əsla izn verməyin yoxsa gedişatı idarə edə bilməyəcəksiniz, hər yeni baxışda əriyib yox olacaqsınız.
Səni sevirəm-Nə qədər çətin imiş bu kəlməni söyləmək.
Səni sevməzdən əvvəl anlamaq istərdim.

(Özdemir Asaf-ın şeirindən)
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri