İlk görüşə çıxanlara məsləhətlər [interesting]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 959
Səs ver:
(səs: 1)
 

Nəhayət, gözlədiyin gün gəldi; ilk görüşə dəvət aldın. Yaxşı, bəs indi nə etmək lazımdır? İlk görüşün qüsursuz olmağını istəyirsənsə, bunlara diqqət etsən, yaxşı olar...

Nə geyinmək lazımdır?

Qarşındakının Meqan Foks, Şarliz Teron fanatı olduğunu bilib, nə badə onlar kimi bol makiyaj və ya dar, dəbdəbəli paltar geyinməyi düşünəsən. Kişilər Hollivud ulduzlarına nə qədər baxıb köks ötürsələr də, bir o qədər təbii, sadə qızlar axtararlar. Ona görə də hansı paltar sizə yaraşırsa, onu geyinin. Makiyajınız da az olsa, yerinə düşər. Təbiilik və sadəlik özünə inamın göstəricisidir, bunu unutma.

Evdən çıxmamış bunları et
Geyindin, makiyaj etdin, elə isə evdən çıxmağa hazılaş:

• Evdən çıxmamış limonlu yaşıl çay iç. Bu, səni sakitləşdirəcək.
• Bir az musiqi dinlə. Ən sevdiyin mahnılardan ibarət pleylist hazırla, görüş yerinə gedincə dinlə. Bir növ enerji dopinqi al!

Bu qaydaları unutma:

1. Özünü onun pərəstişkarı kimi aparma!

Onun üçün ürəyin gedə bilər, amma bunu ilk görüşdən bildirmək məcburiyyətində deyilsən. Oğlanlar da qızlar kimi nə qədər sevildiklərini, bəyənildiklərini bilmək istəyirlər, ona görə də ilk gündən özünü onun pərəstişkarı kimi aparmaqdan çəkin. Onun üçün sirli qalmağa çalış. Qoy nə qədər sevildiyini bilmək üçün dəridən qabıqdan çıxsın.

2. Dinləməyi bacar!
Kişilər çox danışan qızları sevmədikləri qədər sakit qızları da sevmirlər. Nə çox danışmaq, nə də sakit qalmaq məharət deyil. İlk görüşdə çalış, daha çox dinləyən tərəf olasan. Sonra yavaş-yavaş özün haqda ipucu verə bilərsən.

3. Zarafat et!
Tutaq ki, ard-arda "tutmayan” zarafatlar etdin, istəmədiyin sözlər dedin, başla özünlə zarafat etməyə...Zarafata keçidi elə et ki, əvvəlkilərin axmaqlıq olduğu heç bilinməsin. Əgər bunlar çətin görünsə, bir-iki lətifə ilə məsələni yoluna qoya bilərsən. Əgər lətifə də bilmirsənsə, bil ki, şəhərdə kifayət qədər çox oğlan var, dünyanın sonu deyil...

4. Ağır ol!
Hər kişinin bir neçə bəsit testi var. Məsələn, ətrafındakı digər kişilərlə (ofisiant, mağaza satıcısı) çox səmimi olma. Xüsusən, sənə təsadüfən zəng vuran oğlan tanışınla danışanda diqqətli ol. Adi hərəkətlərin onda şübhə və ya suallar yaratmasına imkan vermə. Ağır qızlar həmişə daha cazibədardır, bunu bil.

5. "Xeyr” deməyi bacar!
Yaxşı, ilk görüşdən vurula bilərsən. Hətta görüşün bitməməsini, hər uzanan dəqiqəni də qənimət saya bilərsən. Ancaq çox şablon səslənsə də tələsən təndirə düşər, deyib atalar. Bunu unutma və onun hər istəyinə "bəli” cavabını verməməyi öyrən.

Rena NEVZAT
KULIS
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri