Səsimin onun qulağına toxunması üçün küləyə ehtiyac vardı

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 1 785
Səs ver:
(səs: 0)
Həyat qısa, quşlar öldü... (Neitszche)
 
"Səsimin onun qulağına toxunması üçün küləyə ehtiyac vardı"
 
Vücudlarımız bir-birimizə ən asan verə biləcəyimiz şeydir. Əsl məsələ, həyatımızı verə bilməkdir
 
Deyir ki, "həyat siz başqa planlar qurmaqla məşğul olduğunuz zaman, sizə olanlardır"
 
Təsəvvür edin, fincanınıza çay süzdüyünüzü düşünürsünüz, yerindəysə okean görürsünüz
 
İlk məhəbbət sabun köpüyü kimidir. Bir az da inaddır, bağlılıqdır. Gənclər yaşamaqdan çox xəyalını qurarlar ilk məhəbbətin. Külək kimi gəlib keçər. Əslindəysə insan iyirmi beş yaşdan əvvəl eşq nədir bilməz. Çünki eşq şərab kimidir, dadını hiss etmək üçün yetkinləşmək lazımdır. Ayrıca, əsl eşq yetkin yaşda gələndir ki, vurğun yemiş kimi olur insan. Fələyi təəccübləndirir...
 
Həyatdan küsmək ölüm kimi bir şeydir. Hətta ölümdən sonra bir başqa həyata keçid ümüdü belə daşıya bilər insan. Lakin, yaşayarkən yaşamaqdan vaz keçmək öhdəsindən gəlinəcək iş deyil...
 
Nə çox yalan danışılırdı yer üzündə. Sözlə, yazıyla, şəkillə ya da susaraq...
 
Fikrimcə, bəzən bir kəlimə danışmadan da çox şey söyləmək olar

Pia 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri