Hara, kimə gedirsən get yetər ki, sən xoşbəxt ol

Şərhlər: 7
Baxılıb: 2 304
Səs ver:
(səs: 2)
Səni çox sevmişdim. Sənin uğrunda çox ağlamışam.

Gecələr boyu yatanda mələklərin qanadlarıyla uçarkən mən pəncərəmin önündə sənin yuxunu görmək üçün dua edirdim.

Bir baxışına, bir dodaq hərəkətinə, gülüşünə çatmaq üçün dünyanın bütün güllərini qarşına sərərdim.

Şeirlər, mahnılar, sevgilər içinde alovlanan atəş onun yanğınında sənin üçün kül oldum. Ağır xəstələr gecəni çətin keçirir. Səhəri gözləyir qırıq qəlblər, ümidlər, tənha ruhlar.

Tənhadı gecələrim, qan itkisindən gedən bir yaralı kimi ümidsizdi gecələrim. Bir uçurumun kənarına məni aparan maşındı gecələrim. Adına tənhalıq dedim. Sənsizlik dedim, sən məni tanımadın, məni sevmədin.

Bu bir ölümdü. Yaşamaq mümkün deyil. Tənhalıq qaranlıq qapılarıyla üzümə bağlandı. Amansız acılar içindəyəm.

Ey sevdiyim mən səni çox sevdim. Dünya bildi sən bilmədin.

Tənhalığın digər adı qarşılıq almamaqdı. Qaça bilməyəcəyin qədər yaxın, tutula bilməyəcək qədər uzaq yerdəsən. Mənim sevgimə tənhalıq qucaq açdı. Sənin yoxluğuna toxundum içim yandı. Sənsiz otağımda sənə səsləndim. Sənin qapıların mənə bağlıdır. Öz səsim yenə mənə qayıtdı. Anladım ki, məni heç eşitməyəcəksən. Səni qınaya bilmərəm.

Səndən incimərəm. Bir tək istədiyim var, oda xoşbəxt olmağın. Xoşbəxt ol, sevdiyim...

Hara, kimə gedirsən get yetər ki, sən xoşbəxt ol. Bu mənə bəs edər əzizim... :((
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri