Sevgi şerləri → SENI SEVDIYIME UTANIRAM MEN..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 713
Səs ver:
(səs: 1)
Sonraki pesmanciliq vermiyir fayda
Bu soz heqiqetdi inaniram men
Cunki bu pesmanciligi mende
cekmisem
SENI SEVDIYIME UTANIRAM MEN.. Ne seni,ne sevinc hissi gudurem
Cunki men derdimle dostluq edirem
Derdim hara gedir..men de gedirem
O,harda dayanir.dayaniram men..
SENI SEVDIYIME UTANIRAM MEN.. Ayriliq qelbime zeherli bir ox
Axtardim bu derdin caresi de yox
Geceler derd elinden carpayiya yox
Ele bil mezara uzaniram men..
SENI SEVDIYIME UTANIRAM MEN..

Bəs yanıma hansı üzlə gəlmisən?
Hansı hissdir səni çəkib gətirib?
İndi mənə yaddan da yad kimisən,
Yollar ayrı, otaq soyuq, sən qərib…

Təbəssümün bir gör nəyə bənzəyir,
Saxta gülüş dodağına yapışıb.
Deyirsənki ürək səndən dönməyir
Gözlərimdə sənsiz aləm qarışıb.

Nə xoş xəbər!- Diz çökümmü qarşında
Söyləyimmi sənsiz mənim nə günüm?
Yanılırsan xam xəyaldı başında
Öz özünü aldatma gəl a, gülüm.

Soyuq dedin ürəyimin oduna
Alışdığın hansı oddu yanırsan?
Bəs sən necə yaraşdırıb adına
İndi məndən həraretdə umursan?

Ayağına döşənimmi? -Bir zaman
Çox döşəndim!.. İndi bunu danmıram
Öz eşqimə alçalırdım gəl inan
Sənli-Sənsiz onu ucuz sanmıram.

Gecələri gilə-gilə yanırdım
İndi soyuq bir dənizəm -durğun lal
Həyatımı sənsiz boşluq sanırdım
İndi özün o, boşluqda qanad çal..
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri