Bu ƏLAMƏTLƏR sizdə varsa, sevgilinizdən ayrılın

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 1008
Paylaş:
Səs ver:
(səs: 1)
Bir çox cütlüklər bitmək üzrə olan arzuedilməz münasibət yaşadığını etiraf etmək istəmir. Lakin onlar bilmirlər ki, zədələnmiş münasibət insan sağlamlığı üçün son dərəcə zərərlidir. Bu cür mənfi münasibətlər ər və ya arvadda depressiya, narahatlıq, stress və zəifləmiş immunitet sisteminə yol açır. Türkiyəli psixoloq Mehmet Başkak bildirir ki, zərərli və sağlam olmayan münasibət evli cütlüklər, sevgililər, hətta bir-birlərindən ayrılmış köhnə cütlüklər arasında da yaşanır. Mütəxəssis bu mərhələyə gəlmiş münasibətin artıq bitirilməsini məsləhət görür. Aile.lent.az psixoloqun bu haqda fikirlərini təqdim edir.

Psixoloq ilk növbədə onu bildirir ki, zədələnmiş münasibəti sonsuza qədər davam etdirmək məcburiyyətində deyilsiniz. Münasibətinizdə müəyyən sərhədlər çəkməyiniz və prioriteti özünüzə verməyiniz önəmlidir: “Sağlam əlaqələr qarşılıqlı sevgi, hörmət, bir-birinə cəsarət və güvən vermə üzərində qurulur. Münasibətdə bunlar yoxdursa, o zaman həyatınızı dəyişdirəcək bir qərar verməyin vaxtı çatıb. “Amma onu sevirəm” cümləsini yaxşı analiz etmək lazımdır. Bəzən bu cümlə içi boşalmış bir birlikdəlik vərdişini ifadə edir”.

M. Başkak münasibətlərin bitməsinə işarə verən 5 əlaməti sadalayır.

1. Davamlı dava-dalaş, mübahisə və müzakirə halı
Hər zaman haqlı olması lazım olan biri var. Bu vəziyyət ümumiyyətlə, narsizm və eqoist davranışlardan irəli gəlir. Bu adam tərəf müqabilinə qarşı az anlayış göstərir və mübahisədə hər zaman ən son sözü söyləyən adam olduğunu düşünür. Əgər zədələnmiş bir münasibətinizin olub-olmadığına əmin deyilsinizsə, bu sualları özünüzə verin: Bir-birinizlə nəticə əldə etdiyiniz müzakirələr edirsiniz, yoxsa, müzakirələriniz tək tərəfli və nəticəsiz qalır? Mübahisə etdiyiniz vaxt həmişə bir adam müzakirəyə hökmranlıq edir?

2. Emosional olaraq əzilirsiniz
Bəzən tam olaraq nə olub-olmadığını anlamırsınız. Lakin bilirsiniz ki, hər şey qaydasında deyil. Tərəf müqabiliniz tərəfindən davamlı təzyiq altına alındığınızı hiss edirsiniz? Tərəf müqabiliniz başqalarının yanında sizi alçaldır? Passiv təcavüzkar davranışlarla bir şey söyləyib başqa bir şey edir? Bu davranış formalarının hamısında isə hirs hakimdir. Zədələnmiş münasibətə şifahi, bəzən də faktiki olaraq pis rəftar daxildir. Bir dəfə belə bir münasibətə özünüzü təslim etdiyiniz zaman, tərəf müqabiliniz qorxularınız və güvənsizliklərinizdən istifadə edərək, sizi alçaldan davranışlar nümayiş etdirməyə davam edəcək.

3. Bir-birinizdən asılısınız
Cütlüklərin bir-birlərini sevdiyi və dəstək olduğu münasibətlə bir-birlərinə sahib olma üzərində qurulmuş münasibət arasında fərq var. Tərəf müqabiliniz qısqancdırsa və sizi davamlı onu aldatmaqla günahlandırırsa, bu davranışa dözüm göstərməyin. Çünki bu, dağıdıcı bir davranışdır. Sağlam münasibət hər iki tərəfin bir-birinə sevgi və hörmətlə yaxınlaşmasıdır. Tərəf müqabillərin bir-birlərindən asılı olduğu bir münasibət sağlam deyil. Öz xəyallarınızı tərəf müqabilinizin xəyallarından ayıra bilirsinizmi? Şəxsi dostlarınız varmı? Bir-birinizdən ayrı vaxt keçirə bilirsinizmi? Öz hədəfləriniz varmı? Cütlüklər arasında bir-birindən asılı olan münasibət varsa, bu, onlar arasında sağlam sərhədlər olmasına imkan verməz.

4. Səhvləriniz böyüdülür
Az qala hər gün səhvləriniz və ya çatışmayan xüsusiyyətləriniz tərəf müqabiliniz tərəfindən üzünüzə vurulur. Deməli, zədələnmiş münasibətiniz olduğunu demək olar. Belə bir münasibəti bitirmədiyiniz təqdirdə, vaxt keçdikcə bu vəziyyət vərdişə çevrilir və özünə inamın, özünə hörmətin zədələnməsinə gətirib çıxarır. Özünüzə bu sualları verin: Bu adamla münasibətdə özümü fiziki və ruhi cəhətdən sağlam hiss edə bilirəmmi? Tərəf müqabilim yanımdaykən özümü çox yaxşı hiss edirəmmi? Bu adamla bir-birimizə güc verə bilirikmi? Tərəf müqabilim mənim sevinc qaynağımdırmı?

5. Özünüzü həqiqətən xəstə və yorğun hiss edirsiniz
Aparılan araşdırmalara görə, zədəli və ya mənfi münasibət ürək xəstəliklərinə tutulma riskini artırır. Bu cür münasibətdə bədəniniz məruz qaldığınız yüksək stressdən mənfi təsirlənir, bu da immunitet sisteminin passivləşməsinə səbəb olur. Ruhunuz çox böyük yara alır. Bu da bədən funksiyalarınızı təsir edir. Stressin bədəndə təsir etdiyi ilk orqan ürəkdir. İkinci təsirlənən isə yuxu sistemi olur. Gecələri yata bilmirsiniz və münasibətinizlə bağlı narahatlıqlarınız var? Çəkiniz tez-tez artıb-azalır? Özünüzü davamlı yorğun və halsız hiss edirsiniz? Zədələnmiş əlaqə yaşayırsınızsa, bunun təsirlərini bədəninizdə, psixologiyanızda, həyat keyfiyyətinizə mənfi təsir etdiyini hiss edərsinizsə, ən sağlam çıxış yolu bitirmək qərarıdır.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1008
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
HAPPY_EYES
sebir etmek insana cox komek olur,amma duzelesi bir seye sebir etmek
11 iyul 2016 13:33
7
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
Sirine
Bu ne ya:/ Ayrilmag lazim deyil zamanla duzelir her wey
11 iyul 2016 12:20
6
....
Offline
Kölge
Ailede her cur hal olur.......
10 iyul 2016 14:49
5
Her şeye gore şukur
Bəyi
Allah heç bir cütlüyü ayirmasın
10 iyul 2016 12:01
4
Offline
vipbetul
maraqsizdi oxumadim

maraqsizdi oxumadim

maraqsizdi oxumadim
10 iyul 2016 00:08
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Gultekin.A
Allah hec bir seveni ayirmasin.eyer sevgi qarwiliqlidirsa tebii ki
9 iyul 2016 22:51
2
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
BARBI
Bu elametleri hiss edib ayrilmisam. Dogrudur bu elametler axir evvel ayriliga cixarir
9 iyul 2016 22:49
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv