Dua edirəm Allaha xoş günlər yazsın ömrünə!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 719
Səs ver:
(səs: 1)

Bir həyatı paylaşmışdıq səninlə...

Bir fəsilləri...
Bir baharları...
Bir yağışları...
Bir sevgini paylaşmışdıq səninlə...
Eyni göz yaşını...
Eyni misraları...
Eyni səhifələri...
Eyni küçələrdə gəzmişdik...
Eyni havanı udmuşduq...
Eyni güllərə toxunmuşduq...
Adını qoya bilmədiyimiz hər şeyi paylaşdıq bir birimizlə...
Biz bir sevgini paylaşmışdıq...
Asant sayırsan, sevgilim, hər şeyi bir anda silməyi?...
Bilirəm səndə ağlayırsan...
Döyüşə başlamadan itirdiyimiz sevgimizə...
Amma ağlama sevgilim...
Ürəyimdə ayaq izləri var...
Getsəndə ayaq izlərin hələ evimin hər yerində var...
Ömrümüzün ən gözəl anlarını bölüşmüşdük bir birimizlə...
Bu gün çox pisəm, sevgilim...
Xəyallar qurmuşduq sevgimizə...
Amma bu gün ayrıldıq...
Bəli, bunu qəbul elə, sevgilim, biz bu gün ayrıldıq...


Bir ayrılığı bölüşdük sevgimizdə...
Adını qoymadığımız bütün gülüşlər...
Geri gəlməmək sərti ilə getdi səninlə...
Gəl deməyəcəm!...
Bəlkədə belə yaxşıdır...
Qismətim sən deyilmişsən...
Olmadı, sevgilim!... Bacarmadıq!... Qəbul et!...
Uduzduq ikimizdə...
Ayrıldıq bu gün səninlə...
Yuxumuzun ən gözəl yerində oyandıq...
Adı sevgi deyilən oyunu bacarmadıq, biz...
Uduzduq ikimizdə...
Bir zamanlar mənim idin...
İndi isə... Bilmirəm kimin...
Hər hara gedirsən get, dualarım həmişə səninlədi...
Sən, Tanrının ən gözəl hədiyyəsi idin, mənə...
Dua eliyirəm Allaha həmişə xoş günlər yazsın ömrünə...

Mənmi?
Məni boş ver...
Qoyduğun xoş xatirələr mənə bəs edər...
Mən səni sevdim, sevgilim!...
Belə bir sevgi yaşamağa dəyər!...
Amma bacarmadım sənə qal deyə bilmədim...
Bir parçam qalsada səndə...
Olmadı, sevgilim...
Biz bu gün ayrıldıq...


Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri