"Səni Sevirəm" demədən sevgini göstərməyin yolları

Müəllif: NoName
Şərhlər: 4
Baxılıb: 926
Paylaş:
Səs ver:
(səs: 1)
Sevgini etiraf etməyin vacibliyini danmaq fikrində deyilik. Sevdiyin insana "Səni sevirəm!" deyə bilmək, həqiqətən də hər iki tərəf üçün böyük xoşbəxtlikdir. Lakin münasibətdə olduğunuz insana sevginizi göstərməyin fərqli yollarını da tapmaq bu sözləri vaxtaşırı demək qədər vacibdir. HuffingtonPost öz oxucularına bu barədə sual verib və çox maraqlı nəticələr əldə edib.Sizə sevgini fərqli üsullarla göstərməyin sirlərini açırıq.

İnsanlar sevildiklərini belə hiss edirlər:

1.
“Mənim nişanlım saç bağını daima cibində gəzdirir, çünki mənim hər zaman unutduğuma fikir verib. Hər dəfə unutduğuma görə əsəbləşəndə, cibindən çıxarır və mənə verir." — Leah W.

2. “O təkcə mənim deyil, valideynlərimin də işlərinə kömək edir.” — Rima B.

3. “O hər səhər işə gedəndə qabları qabyuyan maşına yerləşdirir və uşaqların oyuncaqlarını yerdən yığır ki, mən səhərimə daha səliqəli və gözəl evdə başlayım."— Sarah B.

4. “Havalar soyuq olanda yatağın mən yatan tərəfinə birinci girib, oranı isidir ki, mənə soyuq olmasın.” — Cathrine L.

5. “O mənim üçün artıq 12 ildir ki, hər gün axşam yeməyi hazırlayır." — Katy A.

6. "Mənim həyat yoldaşım 48 yaşında qəfildən vəfat etdi. Onun ən çox darıxdığım cəhəti odur ki, mənim üçün kofe hazırlayanda birinci fincanı qızdırırdı, çünki mənim kofeni çox isti içməyi sevdiyimi bilirdi." - Jacque C.

7. "O sırf mənim işə maşınla getməyim üçün, özü avtobusla getməyi sevdiyini deyir." — Audrey B.

8. "Biz ilk görüşdüyümüz gündən etibarən hər gün saat 4-də mənə mesaj yazmaq adəti var. Bu mənim üçün günlərimi parlaqlaşdıran çox şirin vərdişdir." _ Ted K.

9. "O mənə qulaq asmağı sevir - bu qədər sadə. Saatlarla mənə qulaq asır və hər zaman məni dəstəklədiyinə əmin olmağıma nail olur." - Annie B.

10. "İş üçün fərqli ölkələrə səyahətə çıxdığında, məni də bu səyahətin bir parçasına çevirməyə çalışır. Getdiyi yerlərdə yerli mağazalara daxil olub, xüsusi hədiyyələr alır və onlarla bağlı əhvalatlar danışır. Belə halda mən də özümü onun yanındaymış kimi hiss edə bilirəm." - Ashley S.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 926
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu cur insan ideal insan olar
19 avqust 2016 13:58
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Sitat: BARBI
Bezen seni sevirem demedende onun hereketlerinden sevdiyini anlayarsan. Bax bu esl sevgidir

Eveettt
19 avqust 2016 12:42
3
Heyata daim gulmek lazimdii
Offline
ulduz
yoldasim sevdiyini deyir 09 amma men yox demirem .esas hormetdi onuda saxliyiram..axirinci ashley s .bexdever kopaq qizi di
19 avqust 2016 11:34
2
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
BARBI
Bezen seni sevirem demedende onun hereketlerinden sevdiyini anlayarsan. Bax bu esl sevgidir
19 avqust 2016 06:01
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv