Sən varkən..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 155
Səs ver:
(səs: 1)
 
Nə idi bu qələmi yenidən əlimə aldıran, hər kəsdən gizlədiyim, özümə belə etiraf edə bilmədiyim duyğularımı bura yazmağıma səbəb olan şey nə idi...?

Nəysə.. Səbəbinin nə əhəmiyyəti var... Yazıram...

Günlər, həftələr, aylar keçdi .. İllər keçdi gedişinin ardından..
Gedişinlə hər şey dəyişdi mənimlə bərabər...
Varlığınla sahib olduğum və varlığınla böyütüyüm o sonu gəlməyəcək zənn etdiyim ümidlərim də getdi səninlə bərabər.
Kaş ki getməklə qalmayıb ölən o ümidlərimlə birlikdə sən də öləbilsəydin ürəyimdə. Insanin ancaq ölməsiylə birlikdə yox olan dəyərləri vardır, məgər sən də eləymişsən və mən bunu həmişə inkar etmişəm..


Yanındaykən güvəndə hiss edərdim özümü.

Həyat sən idin, can sən idin, ömür sən idin...


Səninlə başlamışdı varlığım səninlə davam edəcəkdi. Hesaba qatmamışdım ki, bu varlığın gedişinlə sona çatacağını.


Sən varkən belə mərhəmətsiz deyildim, qışqırmaq-bağırmaq üçün yer axtarmazdım. Xoşbəxt idim yanında, hər şey idin, həyatdın, sevincdin..

Xoşbəxtlik SƏN idin...


Sən varkən belə sıradan deyildi dünya. Səninlə birlikdə ayrı bir məna qazanardı hər şey. Hər şeyin ayrı bi ləzzəti var idi mənim üçün.

Dad SƏN idin...


Sən varkən zamanın bir mənası vardı, bir dəyəri var idi gözümdə. Zaman səninlə dəyərlənirdi. Hər anını ürəyimə dolduraraq yaşayardım sənlə keçən bütün saniyələri.

Zaman SƏN idin, zamanı mənalı edən sən idin ...


Sən varkən eşq vardı. Fərqli bir ölçü qazanardı sıradan olan şeylər. Sən var idin yanımda dünya vecimə deyildi.

Dünyamdın sən mənim, varlığım SƏN idin...


Sən varkən sevgi var idi. Sevməyi öyrədərdik sevmək nədir bilməyən könüllərə...

Ürək SƏN idin...


Sən varkən hər şey asan idi. Çətin olan heç bir şey yox idi. Çünki bilirdim mənim yanımda olduğunu. Hər an güvəndəydim, onun üçün hər şeylə və hər kəslə döyüşməyə hazır idim. Başqalarına çətin gələn mənə adi gəlirdi.

Döyüş SƏN idin, güc SƏN idin...


Sən varkən edilən dualar var idi, hamısı səninlə başlayıb səninlə bitən. Hamısı ürəkdən gələn.
Göylərə uzatdığım əllərim sən idin...

Sən varkən gecə olmazdı. Günüm həmişə aydınlıq idi. Hər şeyin ayrı bir işığı var idi.

İşığım SƏN idin...


Sən varkən tək mövsüm yaşanardı dünyamda. Hər gözəl şeyin başlanğıcı olan yaz.

Zaman falisəsinə milyonlarla məna qataraq irəliləyirdi, bir an olsun nə gündüzüm gecə olardı, nə də yazım payız ...

Sən yoxsan, yenə tək mövsümdə yaşanır günlər. Gedişinlə başlatdığın payız indi yerini qaranlıq qışlara buraxdı.


Sən yoxsan, tək saniyə yaşanır günlər. Hər yer qaranlıq, hər yer hüzünlü.

Hər yer yorğun və ümidsiz ...

SƏN
yoxsan, eşq yox, sevgi yox, ümid yox, dua yox...
Sənə çıxan bütün yollar bağlıdır, zərrə qədər ümid yox...

Sən yoxsan, mən də yoxam!

Səninlə birlikdə başlayan varlığım, səninlə birlikdə davam edə bilmədi gözəllikləri və xoşbəxtlikləri yaşamağa. Gözlərində tapdığım həyat yerini soyuq cəhənnəmə buraxdı...
Gedişinlə birlikdə yox etdin hər şeyi...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri