Bitdi deyə üzülmə yaşandı deyə sevin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 44 947
Səs ver:
(səs: 1)
Günahkar olduğun qədər günahkaram, mükəmməl olduğun qədər mükəmmələm.Gülüşün gözəldirsə demək mənimki də elədir.Ağlamaq pisdirsə demək ikimiz də bir şeyləri silməliyik.Çirkinsənsə demək məndə o cürəm, gözəlsən? Demək ki aramızda heç bir fərq yox.Səhv etmisən? O dediyindən məndə də çoxdur..Yaxşı biri olmaq istəyirsən? O zaman uzat əlini heç birimiz tək bacarmarıq...

Və adam sərxoş olaraq evə gəldi..Qadın adamı qucaqladı, adam bir siqaret yandırıb tüstünü ciyərlərinə çəkdi.Qadınsa sərxoş və siqaret qoxan adamın boynuna sarılıb onun qoxusunu ciyərlərinə çəkdi.Adam 80 il yaşadı..Qadın 40 il yaşadı...Anlamıram siqaret mi zərərli idi yoxsa adam mı?!

Qadınam mən Cənab..! Sənə görə bir ət parçası.Bir cüt göz, qırmızı bir dodaq.Yanından keçərkən yerişini süzdüyün, yupkasının boyundan xarakterini analiz etdiyin, danışdığı oğlan sayısına görə dəyər biçdiyin, gülüşünün şiddətindən qiymət verdiyin, həvəsini alana qədər dalınca gəzdiyin Qadınam..! Ruhundan, düşüncələrindən, ürəyindən bixəbər yaşadığın, "yanıma yaraşsın, soluma yaraşmasada olar"-dediyin Qadınam..!!!

Mən səni unutmasına unudaram da sən məni xatırlamağa məhkumsan! Sən məni ən çox niyə unuda bilməzsən bilirsən?! Çünki gümahımı aldın..Çünki canımı yandırdın...Çünki sən haqsız idi..."Unutma mən sənin qanayan vicdanınam! Kimi qucaqlasan bir az daha sızıldayaram..."

Amma mən dedimki bu adam qoruyar məni, saxlayar, verməz kimsələrə, tutar əlimdən dedim.Ağlatsa belə dəyər gözyaşlarıma.Hər şeyim olmasa belə "bir şeyim" olar dedim.Yəni elə bildim, bu adama güvənə bilərəm, içimi aça bilərəm dedim.Ama yanıldım...

Adam gedərkən belə dedi Qadın:- "Bir daha heç vaxt bu qədər gözəl sevilməyəcəksən və gəldiyində də əsla məni tapmayacaqsan!.."

Sonda telefonda bir neçə rəsim,whatsapp'da göndərdiyi səs mesajları və musiqilər qaldı.Musiqi zövqlərimizin yaxından uzaqdan əlaqəsi yox idi.Mən daha çox rus, hip-hop və rep sevirdim, o isə türk, arabesk.Göndərdiyi mahnıları nə yalan deyim ona xatir sadəcə bir dəfə dinləyirdim.Səs mesajları elə deyildi amma.Heç bir repə dəyişmək kimi lyuksum yox idi onları.Gündə ən azı beş dəfə.Mesajlarını belə bəzən geriyə gedib təkrar-təkrar oxuyan adam idim mən.Onu deyirəm axı..Səs mesajları qaldı.Telefonda musiqi dinləyəndə avtoreplay funksiyası bəzən o səs mesajlarına gətirib çıxardır.Saniyəsində çevirirəm.Dinləmək istəmədiyim mahnılar kimidir onlar, amma silməkdə olmur...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 44 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri