Əlvida...

Şərhlər: 5
Baxılıb: 444
Paylaş:
Səs ver:
(səs: 1)
- dolmuş gözlərini gözlərimə dikmişdi . Sərt baxışların arasında yalnızlıq , qorxu olduğunu gizlədə bilmirdi ancaq . Masanın üstündəki winstonu əlinə aldı . Başını yelləyib gülümsəyə-gülümsəyə qutudan çıxartdığı siqareti yandırdı . O an özümü xərçəng xəstəliyinin ən yüksək mərhələsində olan insana ' ümidinizi itirməyin ' deyən axmaq həkim kimi hiss edirdim . Ortada isə nə ümid , nə də lənətə gəlmiş zərrə qədər sevgi qalmışdı . Gözlərimə elə baxırdı ki , baxışlarında əzildiyimi hiss edirdim . Divarlar kiçilib ortalıqda əyləşən məni , əzəcək kimi . Ağrıyırdım .. və bu ağrını sümüklərimdəki iliylərimə qədər hiss edirdim . Ancaq bu ağrı belə onun hiss etdiklərinin yanında heçnə idi , bilirdim . Bədənim gərginləşmişdi . O dərəcədəki , pəncərədən otağa daxil olan həzin külək içimi üşüdürdü . Əlləri titrəyirdi . Ancaq soyuqdan titrədiyinə əmin deyildim . Qəhvəyi gözlərə baxmağa həm utanır , həm də qorxurdum . ' getmə ' deməyini istəyirdim . Heç bir halda qalmayacağımı bilə - bilə . Getməliydim .. çünki , qalmağım zərərdən başqa heçnə vermirdi . Ayağa qalxıb pəncərənin kənarındaki çantamı əlimə aldım . Üşüməsin deyə pəncərəni örtməy istəyəndə mızıltı eşitdim :
+ örtmə
- soyuqdu sənə .
+ sənə nə ?
- belə demə ..
Siqaretin kötüyünü qutusunun üzərində söndürüb ayağa qalxdı . Otağımıza keçib qapını örtdü . Onu çox sevirəm . İndi getmək əvəzinə başımı dizlərinə qoyub , barmaqlarını barmaqlarıma keçirə bilərdim . Keçirmədim , gecələmədim . Mən o an getməyi asant yol kimi gördüm . O ciyərlərini siqaret tüstüsü ilə doldurarkən , mən asant yol seçdim . Mən çantamı əlimə aldım və onu tərk etdim . Qapıdan çıxanda ondan eşitdiyim son söz ' bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma ' .. Əlvida

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 444
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
MODABAZ
Bezenedee qızlar cıxıb getsın her zama oglanlar terk edır
13 sentyabr 2016 16:12
5
Heyata daim gulmek lazimdii
Offline
Onun_Mələyi
Çox pis qızdı eee....pis oldum valla... ((niye gedirsen? Yazıq oğlan....ağlayaraq siqaret çəkməy pis bir hisdir ((
13 sentyabr 2016 01:30
4
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
Cindrella
:(Duygulandim lap.
12 sentyabr 2016 21:35
3
Offline
YalniZ-ArZu
Sehiyye Nazirliyi xeberdarliq edir-Siqaret cekmek sehhetinize zererlidir!!!:)))
12 sentyabr 2016 17:29
2
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
vipbetul
maraqli bir o qederde menasiz yazidi

maraqli bir o qederde menasiz yazidi
12 sentyabr 2016 16:18
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv