Hər eşq bir vəda....

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 907
Səs ver:
(səs: 0)
Hər eşq bir vəda....
Nə çətindir bilə-bilə sevmək, sonunu bildiyin halda kor-koranə özünü oda atmaq
Hər dəfə ürək bilər yaralanacağını amma yenə də sınamaqdan imtina etməz.
Ağrısa da öldürməz" deyə davam edər sevmələrə,
Düşününcə də haqsız sayılmaz ürək, sevmək üçün yaradılmışdır.
Sevmələrə məğlub olsa da, ağrılarını öz-özünə təmir edəcək qədər də güclüdür.
Bəzən kimə və səbəb olduğunu bilmədən sevər… Bəzən də sevmək üçün sevər.
İki tərəfdən biri səhv anlar sevdanı, şərhi fərqlidir yandırar canını.
Eyni yerə baxdığınızı sanarkən fərqli yerlərdə taparsınız özünüzü.
Eyniliklər sandığınız hər şey ayrılıqlarınızdır əslində…
Aldığınız hər nəfəs belə eyniykən, ya da siz elə sanarkən...
Ağızdan çıxan "səni sevirəm" sözləri ürəyə getmədənmi çıxar?
Bu qədər asandırmı? Sevərkən vidalar?
Ya da sevildiyini sanan ürək yenə aldanmışdırmı?
Necə əməksizdir vidalar…
Nə tezdə itirilər olan xarakterlər, axtarılar başqa ruhlarda bədənlər.
Heç bir ürəyə sığa bilməz sevdaları.
Hamı axtarar və tapdığını sanar.
Sonra tez bəs edər, tez tapdığı üçün,
Sərf etdiyi sözlərin arxasında dayana bilməz.
Deyərkən müdrik adam elan edər özünü,
Heç bir zaman özünün aydın olmaz olduğunu qəbul etməz.
Onun xaricində hər kəs əskikdir.
İstəsə hər kəsi əldə edə biləcəyini sanar.
Çünki kitabını yazmışdır bu həyatın.
Özünü əlçatmaz gördüyü üçün tez xərcləyər sevdalarını.
Heç kim imtina edilməz deyil.
Əlaqələrinizi həqiqətən sizi haqq edən insanlarla yaşayın.
Eşqiniz diqqətistəyirsə ona lazım olan qayğını  göstərin
Əlinizdə solunca niyə bitdi deməyin!
O bitmədi, onu siz bitirdiniz…

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri