Səsi çox gözəl idi...Başqasına "Səni Sevirəm" deyərkən belə...

Müəllif: aLoNe AnGeL
Şərhlər: 6
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Gəl deyə bilmirəm amma aldığım hər nəfəs şahidim olsun səni gözləyirəm ...

Atdığın addımlara diqqət et, geri qayıtdığında çox şey itirmiş ola bilərsən...

Ən gözəl şəhər, bir insanın xoşbəxt olduğu yerdir.

Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır.

Bir insan ağlayarkən ondan soruşmayın "nə olub" deyə sadəcə qucaqlayın çünki onun həmin dəqiqə sadəcə bir qucağa ehtiyyacı vardır ...

Bir-birimiz üçün yalnış kəslər olduğumuzu söyləmə...Biz başqa heç kim üçün doğru kəslər deyilik...

Könlü işıq yandırmağa və aydınlanmağa öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi işıq vermək istəyirsənsə, gecəyə bənzəyən mənliyini yandır...

Mənim də duam var idi, "Adın"la başlayıb "Amin"lə qurtaran...

Bir köhnə dost kimi xatırla məni... Bir salam ver yetər.Unutmuş olsan da köhnə günləri adımı ara-sıra çək bu an mənə yetər.

Bir şəhid istəyirəm ki, atası nazir, anası millət vəkili olsun. Bax onda deyərəm ki, Vətən, başın sağ olsun!

Hər arzu qarşılığında həyatımızdan nəyisə alır!

Bin qapıdan,yüz min qaladan içəri girə bilərsən də kiçik bir könüldən içəri girə bilməzsən...Həzrəti Əli (ə)

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir...

Uşaq böyüdərkən evi təmiz saxlamaq, qar hələ yağarkən qapının önünü təmizləmək kimidir.

"Gəlmiyəcəm" dediyi halda niyə gözdüyürəm ki? Vaxtında da "Getməyəcəm"deyirdi

Tərk edilərkən, ''Görüşərik'' kəlməsi ən acı gəlir bəlkədə.. Öldürdüyü yetməzmiş kimi, hələ də ümid verir..

Oğlan : üşüyürsən?
Qız : yox...
Oğlan : fərqi yoxduye onsuzda qucaqlayacam...

Hər gün ağlayıram ki göz yaşlarıma qarışıb ürəyimdən çıxasan

Soruşdular "xoşbəxtlik hardadır?"
Sən gedən yola baxdım, dedim,
- "çox uzaqda"..

Mənə "NəFəS" al deyirlər...
Bax eşitdinmi "SEVGİLİM" ?
Yenə "SəNDəN" bəhs edirlər...

Səsi çox gözəl idi...Başqasına "Səni Sevirəm" deyərkən belə...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri