Sizcə sevginin ömrü nə qədərdir?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 790
Səs ver:
(səs: 0)

 

Sizcə sevginin ömrü nə qədərdir?


Minlərlə ildir sevginin  simvolu olaraq ürək göstərilir. Ancaq edilən araşdırmalara görə eşq ürəkdə deyil, beyində yaşanır. Universal Egey Sağlamlıq Xəstəxanasının Nöroloji Mütəxəssisi Dos. Dr. Sultan Tarlaçı, insanın aşiqkən hiss etdiyi  duyğunun qarşılığının beyində olduğunu dilə gətirdi. Eşq başladığında meydana gələn iştah azalması, yemədən içmədən kəsilmə, nəbz artımı,  tərləmə, titrəmə, bağırsaq hərəkətləri, mədə turşusu  və udma sıxlığı kimi fizioloji dəyişikliklər səbəbiylə ürəyin minlərlə ildir  eşqin simvolu olaraq seçildiyini izah edən dos. Dr. Tarlaçı, "Sevginin  simvolunun dəyişməsi çox çətin. Minlərlə ildir gələn bir simvollaşdırma var, amma insanlarda əsas olaraq eşq duyğusu beyində yaşanır. Ancaq bədəndə əks olunması ürəkdə olur. Halbuki eşq beyində başlar, beyində inkişaf edər və beyində bitər" dedi.



Ehtiraslı bir eşqə qapılan adamın oyanıq olduğu zamanın 100 də 85% sevdiyi adamı düşünərək keçirdiyini, prioritetlərinin dəyişdirdiyini ifadə edən Dos. Dr. Tarlaçı, "Elmi işlərdə aşiq insanların qan və onurğa iliyi və beyin mayelərində obsesif xəstəliklərə bənzər dəyişikliklər olduğu ortaya çıxarıb. Bu ilk səkkiz aydan etibarən bu kimyəvi dəyişiklik normal insanlardakı səviyyəyə enir. Ehtiraslı eşqin ilk başlarında insanların beynində həzz hormonlarında ciddi artım ortaya çıxır. Eşq davranışsal olaraq bitməyə başladığı zaman bu kimyəvilərin miqdarı azalır, ehtiraslı eşqin  bitmə müddəti isə 12-18 ay arasında dəyişir" deyə danışdı.

 

Beynin dərinlərində
Sevən insanların dərin beyin strukturlarındakı 'Mükafatt' bölgələrində dəyişiklik meydana gətirdiyini ifadə edən dos. Dr. Tarlaçı, "Aşiq kəslər sevgililərini gördüklərində dərin beyin strukturlarında mükafat bölgələrində həzz kimyası okeanına düşmüş olarlar. Xüsusilə alın lobu bölgəsi çalışması azalar. Alın lobu beyin bölgəsi insanlar üçün niyyət və qərar vermə və məntiqi çıxaramlar üçün ən əhəmiyyətli bölgədir. Məntiqin və ictimai qaydalara uyğun gəlmənin, əxlaqın və hörmətlinin qaynağıdır. Aşiqlərdə bu bölgədə işdə azalma, funksiyalarda zəifləmə və itkinlə nəticələnər. Bir şəkildə eşq gəlir ağıl gedər. Aşiq olanlar bu səbəblə axmaqca və məntiqsiz risklər etməyə  meylli olarlar. Qeyri-mümkün eşq olduğu mövzusunda özlərini razı salmağa çalışanlara aldırmazlar" dedi.

 

Sevən insanların  zehinlərində yaradıcılığa səbəb olduğunu sözlərinə əlavə edən dos. Dr. Tarlaçı, beyin hüceyrələrinin yeniləndiyini, həyatı uzadan beyin hormonu olan sinir böyütmə hormonunun qanda diqqətə çarpan bir şəkildə yüksəldiyini, ağrıya həssaslığı artırdığını söylədi.

Eşq keçici
Eşqin  keçici olduğuna diqqəti çəkən Dos. Dr. Sultan Tarlaçı, bu müddətin ən çox 3 il olduğunu ifadə edərək, "Əhəmiyyətli olan müddəti deyil, əhəmiyyətli olan o dövrü ehtiraslı və ən yaxşı şəkildə yaşamaq, zaman içində bunun bitəcəyini bilməkdir. Zamanla eşq sevgiyə çevrilər, insanlar həyat boyunca eşq axtarar ancaq bir iki dəfə qarşılaşılar. Ayrılma vəziyyətində bu keçici vəziyyəti qəbul edib depressiyaya girməmək lazımdır" deyə danışdı.

 

 

Tərcümə etdi və hazırladı: PURE LOVE

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri