Sadəcə darıxıram

Müəllif: Totu
Şərhlər: 9
Baxılıb: 3 423
Səs ver:
(səs: 0)
Əllərini tutub istiliyini hiss etmək üçün darıxdım
Səninlə içdiyim o çayın dadı üçün darıxdım
Mənə hirslənməyini,hətta bəzən küsməyin üçün darıxdım
Qısa bir səssizlikdən sonra o gülüşünü görmək üçün darıxdım
Sənin üçün darıxdım...

Sənə baxarkən gülümsəmək üçün darıxdım
Gözlərinə dayanmadan baxmağı,
Soyuq günlərdə qucaqlayıb,istiliyinlə isinmək üçün darıxdım
Bir nəfəs kimi içimə dərin-dərin çəkməyi,
Ömrümün sonuna qədər baxmaq üçün darıxdım
Sənin üçün darıxdım...

Bu balaca dünyamdakı böyük sevgini canlı-canlı hiss edə bilmək
Sonrasında gözlərinin parıldadığını görmək üçün darıxdım
Mənə olan inamın,sədaqətin üçün darıxdım
İçimdəki duyğularımı üzünə deyərkən halımızı və
Sənin sözlərinin yanında mənim sözərimin kiçilməsi üçün darıxdım
Yuxulamağımız üçün darıxdım və məndən əvvəl oyanıb
Qulağıma sevgi sözləri pıçıldamağın üçün darıxdım
Birdən nəsə olmuş kimi qucaqlamağın çün darıxdım
Ürəyinin döyüntülərini eşitmək üçün darıxdım
Sonra...sonra qoxun üçün də darıxdım
Sənin üçün darıxdım...

Təqvimlərdəki rəqəmləri xatırlamıram sənsiz
Saatların da rəqəmlərini unuttum mən
Sən gedəndə saat neçə idi xatırlamıram xatırlamıram
Sənsiz keçən zaman düşmən sanki
Səndə sən,məndə sən...hər şeydə sən...hamısı sən...
Yoxluğun atəşdən köynək kimidir sanki
Hər gün istəməyərək geyindiyim
Gözlərimi gözlərinə istərsən möhürləyərəm
Daxilimə sən yazılmışdın
Sadəcə Sənin üçün darıxdım...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri