Ruhunu belə verəcəyin biri

Şərhlər: 10
Baxılıb: 2 057
Səs ver:
(səs: 0)
İnsanın həyatında yalnız bircə qadın olur ki sevgilidən de ötə olur... Yanında ağlayarsan da, gülərsən də...Eyni qabdan yemək yeyib, su da içərsən,ibtidai icma dövrü insanlarının hərəkətlərinə qədər rahatlıqla edə bilərsən... Çünki o da sənin qədər sevir...Komplekssiz olursan onunla...Xətrinə dəyməkdən belə çəkinmirsən...Axı o bağışlamağı bacarır...Onun sözləri də sənin xətrinə dəymir...Hansı ki başqa insan bunu sənə işlədəsi olsaydı ,ağır əvəz ödəmiş olardı... Dost olur, qardaş olur insana...Onun üçün hər an ölüb öldürməyə hazır vəziyyətdə olursan...Gözün başqa heç bir kəsi görmür... Gəncliyinin ən gözəl çağı olur, doğmalarına fəxr hissi ilə bəhs etdiyin qız olur... Gəzdiyin yerlərə toz qondurmadığın, onun ətrini heç bir güldə tapmadığın,bütün problemlərini sevən qız... Səni olduğun kimi qəbul edən, əsəbini, zarafatını, dəliliyini, bütün mənfi və müsbət xüsusiyyətlərini, hər halını sevən, hər əziyyətinə qatlaşan, hər çətinliyində əlindən tutan bir qız... Dalaşdığınız an inciyib getsə də sonra heç nə olmamış kimi davranan, səndən qopa bilməyən, sənin də qopa bilmədiyin biri... Yaşından asılı olmayaraq səni uşaq edəcək, hisslərinin anası, göz yaşlarının sahibi olur...Ruhunu belə verəcəyin biri... Unutma...Bir qızın həyatında ilksənsə, çalış sonu və sonsuzluğu da sən ol....Çünki o bütün müsbət enerjisini, səbrini, dözümünü,sevgisini ,qayğısını, nəvazişini yalnız sənə həsr edəcək....Ən böyük xoşbəxtlik də bax budur...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri