Bəzən...

Şərhlər: 6
Baxılıb: 2 163
Səs ver:
(səs: 0)
Bəzən danışarsan illərdir danışmağa həsrət qalmış biri kimi... Bəzən susarsan başqalarından dəyərini görmək üçün... Bəzən gülərsən heç dərdin yoxmuş kimi.. Bəzən ağlayarsan göz yaşlarından da dəyərsiz insanlar üçün... Bəzən dayanarsan heç tərpənmədən,komada olan xəstə kimi... Bəzən qaçarsan 2 dəqiqə intervalı olan avtobusa çatmaq üçün... Bəzən bezərsən həyatdan,hər şeyini qumarda uduzmuş kimi... Bəzən 4 əllə yapışarsan həyatdan balaca bir ümid üçün... Bəzən gəzərsən ayaqların heç vaxt yorulmayacaqmış kimi... Bəzən gəzdirərsən birini ayaqları tutmadığı üçün... Bəzən aldadarsan o bilməyəcəkmiş kimi... Bəzən aldadılarsan bir vaxt aldatdığın üçün... Bəzən sərxoş olarsan unutmağa çarəymiş kimi... Bəzən sərxoşa kömək edərsən yərdən qalxmağı üçün... Bəzən unudarsan birinin adını heç bilmirmiş kimi... Bəzən ağlından çıxmaz bir ətir adı,o xoşladığı üçün.... Bəzən xatırlayarsan acı keçmişi bundan həzz alırmış kimi... Bəzən yada sala bilmərsən nə vaxt xoş söz demisən biri üçün... Bəzən tapdığına sevinərsən ondan dəyərli yoxuymuş kimi... Bəzən itirərsən Allah belə məsləhət bildiyi üçün... Bəzən yıxılarsan ayağın altdakı daşı görmürmüş kimi... Bəzən yüksələrsən yıxıldığından dərs çıxardığın üçün... Bəzən sevərsən onu, qibtə edirmiş kimi... Bəzən nifrət edərsən özünə onu sevdiyin üçün... Heyat bu...Dadı- duzu bax o "bezen"lerdedir....Standart davam etseydi yeqin ki çox cansıxıcı ve maraqsız olardı...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri