Özləmək

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 6 146
Səs ver:
(səs: 0)





Özləmək:uzaqlara dalmaqdır!
Çox uzaqlara...

Özləmək...

Özləmək:ümid etməkdir!
Xəyal etmək bacarmağın yarısıdır məsələn…

Özləmək...

Özləmək:sıxılmaqdır!
Bəzən yalnızlığından, bəzəndə ətrafındakı çoxluqdan…

Özləmək...

Özləmək:bağırmaq ,hayqırmaqdır!
Səsin qısalırcasına özlədim deyə bağırmaq…

Özləmək...

Özləmək:hirslənməkdir!
Bəzən özləminə səbəb olanlara, bəzən isə taleyə …Çarəsizcə…

Özləmək...

Özləmək:yanılmaqdır!
Gecə yarısı oyandığında, hər şeyin bir yuxu olduğunu anladığında məsələn….

Özləmək...

Özləmək:səbr etməkdir!
Bezmədən şəfəqi gözləməkdir…
İlləri ,ayları ,həftələri ,günləri ,saatları ,dəqiqələri, hətta saniyələri qovalamaqdır…

Özləmək...

Özləmək:yaşamaqdır!
Yalnızlığa inad mübarizə etməkdir..

Özləmək...

Özləmək:qovuşmaqdır !
Bir daha ayrilmayacaqcasina... Xəyal belə olsa…
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri