Sevgi sözlərdə

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 590
Səs ver:
(səs: 0)

Tanı məni heç tələsmədən ,heç sorğulamadan yalnız ağzımdan çıxanlarla, içimdən gələnlərlə anla məni..
Baxma sərt olduğuma və izlə məni yalnız. Heç danışma,səbirlə, sevgiylə həll et məni. Məni tanı və içimdəki səni tanı. İçimdə yaşatdığım bəslədiyim və böyütdüyüm eşqimi və sevgimi gör.
Anlamaq istəyirəm səni. Sənin kimi düşünmək istəyirəm cəsur və bir o qədərdə təmkinli. ..Özünü mənə izah eeləmkə! yavaş yavaş kəşf etmək istəyirəm bütün xəzinələrini, bütün düşüncələrini , həyata baxışını və necə mənə o qədər sevgi dolu baxdığını...

 


Tək mənim üçün baxsın gözlərin
Yalnız mənim üçün qopsun fırtınalar ürəyində
Mən bilmək istəyirəm hər şeyini
Mən görmək istəyirəm gizli xəzinələrini.
Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini...
Səslən mənə ən gözəl eşq adlarıyla, öz taxdığın xoş ləqəblərlə və sev məni yalnız səsinlə. .Qulağımdan ürəyimə ensin səsindəki sirrli sevgi. ..Hiss etmək istəyirəm səsinin titrəmələrini mənə eşqim canım deyərkən. ..Ve Sənə səni sevirəm dediyimdə anlamaq istəyirəm ürəyindəki xoşbəxtliyini...

 

 

Oxşa ürəyimi yavaşca və şəfqətli.
İçmədən sərxoş olum səninlə,
Dilim tutulsun danışsın yalnız gözlərim
Yaxşı bax onlara anla nə dediklərini...
Gözlər əsla yalan danışmaz
Və bax gör 'Səni sevirəm!
Yuxu kimisən, heç oyanmaq istəməyəcək qədər gözəl və oyandıqdan sonra təkrar yatıb dəfələrlə yenidən. ..yeniden bezmək bilmədən görmək istədiyim.

 

Ən gözəl yuxumsan
Görməyə doya bilmədiyim...
Ən şirin baxışımsan
Baxmağa qıya bilmədiyim.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri