Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var..

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 182
Səs ver:
(səs: 2)
Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır.

Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır.

Xilqətin sirri gecə zülmətinə bənzər, — sonsuzdur.

Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə!

Sən özünün nə olduğunu görə bilmirsən; gördüyün şey yalnız kölgəndir.

Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.

Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var!

İstirahət zəhmətindir – göz qapağı gözün olduğu kimi.

İnsan fitrətən körpədir: onun qüdrəti böyüməyindədir.

Ey qadın! Sən öz ev işlərinlə məşğul olanda əl-ayaq səslərin xırdaca daşlar arasından axan dağ irmağının nəğməsi kimi xoşdur.

Sən gülümsünə-gülümsünə mənimlə eləcə danışdın. Mən anladım ki, uzun müddətdən bəri gözlədiyim elə bu dəqiqə imiş.

Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər.

İti, amma məhdud ağıl hər addımda irəli can atar, amma irəliləyə bilməz.

Həyat bizə müftə verilir, biz onu ödəyəndə ona ləyaqət qazanırıq.

Sərçənin tovuz quşuna yazığı gəlir ki, elə ağır quyruğu var.

Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir.

Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır.

Quşa elə gəlir ki, balığı havaya qaldırmaq yaxşılıq etməkdir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri