Artıq mələk deyiləm mən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 522
Səs ver:
(səs: 0)

Həyat getdikcə dibi görünməz quyulara atırdı məni... Bir zamanlar mən həmişə gülərdim hər zaman sevincli gəzərdim ; indi qaramsar kəliməsi belə az gəlir məni təsvir etməyə... Mənimdə güvəndiyim insanlar vardı mənim də dostlarım vardı yada mən elə gəlirdi. Əslində heç olmamışlar sanki... İndi necə səsiz çığlıqlardayamsa o zamanda susqun qarşı gələrdim...
Hər kəs həvəs edərdi mənə nə gözəl gülürmüşəm deyə... Kim bilirdi ki məndə qopan fırtınaları?...


Ən pis zamanlarında yanında olmağa çalışardım insanların, sığınıLacaq qocaman bir limandım mən ama dəniz daLgaLandığında heçbir gəmi yanaşmazdı mənə... Öz özümə davam gətirərdim fırtınalara, baxardım heç yanaşmadan keçib gedən gəmilərin ardından səssizcə... Yenə taxın sevimli insan maskalarınızı!... Mən o maskaların altında yatan şeytan üzlərinizi görməyəcək qədər koram necədə olsa... YaLanLarLa bəzənmiş sevgi sözLəriyLə yaraLayın məni öncə, sonra zəhərLi bir ox kimi sapLayın çirkin sözLərinizi bircə bircə...

 

Vecimdə deyil artıq ağrılar, yaraLar... Təcrübə qazandı ruhum sayənizdə!!!
Nə qədərdə ümidli idim insanlardan... İnsanLarın saxta olduğuna inanmazdım. Şans verərdim hər insana ayrım etmədən, necə ki ayrım etmədən məni incitdikləri kimi... Canımdan parça biLdim bir çoxunu, özümü sevər kimi sevdim ama sevmək yetmirmiş. DostLar saxta, sevgiLer saxta, insanLar saxta oLmuş da bir mən qalmışam bunları görə bilməyən...


İndi sizdən biri kimi oluram artıq. İçinizdəki kini göstərin məndə öyrənməliyəm sizdən biri kimi olmağı... Nifrət duyğuların ən üstünü olarmış artıq... Mənsə heç inanmazdım Ruhum can çəkişir indi aydınlğa məchul qaranlıq yollarda... Durmadan qanayır yaralarım durmadan incidir məni... İmtina etməyi öyrəndim ilk sizdən imtina edirəm...
ARTIQ MƏLƏK DEYİLƏM...

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri